• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ramiz Mehdiyevin kürəkəninin İMPERİYASI ÇÖKÜR - Bakının mərkəzində yandırılan arxivlər və... - ŞOK DETALLAR

Gündəm

Bugün, 10:29


Ramiz Mehdiyevin istintaqa cəlb olunması ölkədə və idarəçilik sistemində yeni bir mərhələnin – illərlə toxunulmaz olan qaranlıq imperiyaların çöküşünün başlanğıcı oldu. Ramiz Mehdiyevin hakimiyyətdə olduğu illərdə onun yaxın ətrafı, xüsusilə də kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin adının çoxsaylı qanunsuzluqlara, mülk ələ keçirmə hallarına və ağır maliyyə maxinasiyalarına qarışması barədə məlumatlar dəfələrlə gündəmə gəlib. Bu gün isə həmin qanunsuzluqların üstündəki pərdə tamamilə aralanır və dəhşətli faktlar üzə çıxır.

Xeberpost.info xəbər verir ki, Şabranlı sahibkar Mansur İbrahimovun Musavat.com-a açıqlamalarında da haqlı olaraq qeyd etdiyi kimi, illərdir vətəndaşların üzləşdiyi haqsızlıqlar artıq dözülməz həddə çatıb. Məhz bu qaranlıq zəncirin bir halqası olaraq, Bakının mərkəzində – 28 May metrosu yaxınlığında, keçmiş aerokassaların yerində inşa edilmiş 22 mərtəbəli binada vətəndaşların başına gətirilənlər tam bir cinayət romanını xatırladır.

Vətəndaşların əlində olan rəsmi sənədlər və maliyyə arayışları açıq-aşkar sübut edir ki, illər öncə, 2006-cı ildə "NLT" şirkəti ilə bağlanan müqavilələrə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, 705-ci məhəllə, 28 May 64/15 ünvanında tikilmiş binada vətəndaşlar tərəfindən böyük vəsaitlər ödənilərək mənzillər və avtomobil dayanacaqları alınıb.



"Mən həmin tikinti şirkətindən həm mənzil, həm də qaraj almışdım. Mənzil üç otaqlı idi və sahəsi 180 kvadratmetr təşkil edirdi. Məndə möhürlənmiş, rəsmi və orijinal müqavilələr mövcuddur. Sonradan şirkətə müraciət edərək 180 kvadratmetrlik sahənin üç otaq üçün çox olduğunu bildirdim və mənzili dörd otaqlı mənzil ilə dəyişdirməyi xahiş etdim. Şirkət nümayəndələri razılaşaraq mənzil dəyişimi üçün köhnə sənədi onlara təhvil verməyimi istədilər. Mən qarajın sənədlərini özümdə saxlayıb, mənzilin sənədini yeni sənədlə əvəz olunması üçün onlara təqdim etdim. Lakin bundan sonra süründürməçilik başladı və prosesi "bu gün-sabah" deyərək gecikdirdilər. Sonradan tələbimi daha kəskin şəkildə qoyduqda isə təzyiqlə qarşılaşdım, Ramiz Mehdiyevin adını çəkib tikintinin onun kürəkəninə məxsus olduğunu, başıma oyunlar gələcəyini dedilər. Beləcə sənədlərimi, evimi İlham Əlisəftər oğlu Əliyevdən ala bilmədim".

Zərərçəkən deyib ki, ilkin müqavilələr və ödəniş çekləri ortada olsa da, İlham Əlisəftər oğlu Əliyevin adının hallandığı bu tikinti layihəsində vətəndaşlar aldadılaraq evləri əllərindən alınıb və bu günə kimi onlara qaytarılmayıb.

Məsələnin sensasion tərəfi təkcə mülkiyyət hüquqlarının pozulması deyil, həm də üzə çıxan böyük bir cinayətin ört-basdır edilməsi cəhdidir. Məlum olub ki, həmin binadakı tikinti şirkətinin bütün sənədləri və arxivləri yandırılıb.

Bir MTK-nın və ya tikinti şirkətinin arxivləri niyə yandırılmalıdır? Adətən arxivlər yalnız bir məqsədlə – törədilmiş ağır cinayətlərin, maliyyə maxinasiyalarının, vətəndaşlara qarşı törədilmiş dələduzluqların izini itirmək və məsuliyyətdən yayınmaq üçün yandırılır. Sənədlərin məhv edilməsi birbaşa cinayətin ört-basdır olunmasına xidmət edir.

Mülkiyyət hüququ tapdanan Hüseyn Səfərov son ümid kimi Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib. H. Səfərov İlham Əlisəftər oğlu Əliyevin və onun ətrafının törətdiyi əməllərin dərindən araşdırılmasını, arxivlərin yandırılması faktına hüquqi qiymət verilməsini və qanuni yolla əldə etdikləri evlərin onlara qaytarılmasını istəyir.//nokomment

Paylaş:
Digər xəbərlər

Gündəm

26-05-2026, 21:49

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender

Cəmiyyət

25-01-2026, 22:21

Bakı metrosunun 10 yeni stansiyası harada yerləşəcək?

Gündəm

25-12-2025, 20:16

Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Gündəm

24-12-2025, 00:58

Prezident İlham Əliyevin doğum günüdür

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Bugün, 12:54
    Jurnalis Bakı-Tbilisi bilet fırıldağını ifşa etdi- "Biabırçılığı,.."
  • Bugün, 12:42
    Daha bir neçə özəl universitet bağlana bilər - AÇIQLAMA
  • Bugün, 11:06
    Azərbaycanda iki vəkil həbs olundu
  • Bugün, 11:02
    Misir Mərdanov görün hansı nəsildənmiş - 6 min illik sirr...
  • Bugün, 10:29
    Ramiz Mehdiyevin kürəkəninin İMPERİYASI ÇÖKÜR - Bakının mərkəzində yandırılan arxivlər və... - ŞOK DETALLAR
  • 7-08-2026, 13:20
    Ər və arvad öldürülübmüş - Həmin yanğının ŞOK təfərrüatı bilindi
  • 7-08-2026, 12:12
    Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı
  • 7-08-2026, 12:05
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 1-08-2026, 09:53
    Faiq Ağayev imicini dəyişdi,hərə bir şərh yazdı,o da cavab verdi..
  • 1-08-2026, 09:35
    Qırğızıstanda “Baku Resort & Spa” açıldı
  • 1-08-2026, 09:31
    Hüseyn Həsənova Rusiyada 6 il iş istənildi
  • 1-08-2026, 09:30
    150 balla hansı ixtisaslara qəbul olmaq olar? – Siyahı
  • 1-08-2026, 09:28
    Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
  • 1-08-2026, 09:23
    Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı - Görüntülər
  • 1-08-2026, 09:14
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 00:31
    Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu
  • 1-08-2026, 00:00
    5 uşağı var,indi evlənir...
  • 31-07-2026, 23:51
    Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
  • 31-07-2026, 23:46
    Cərrah və anestezioloqa cəza,5,il...
  • 28-07-2026, 00:29
    Məşhur həbsxana rəisi vəfat etdi - Foto
  • 28-07-2026, 00:06
    Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
  • 27-07-2026, 23:58
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır - Səbəb
  • 27-07-2026, 23:55
    100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
  • 27-07-2026, 23:45
    “Toplum TV“ işi üzrə hökm oxunub - 12 ildən 15 ilə kimi
  • 27-07-2026, 22:20
    Evləri sökən Zülfəli İsmayılov kimdir ?
  • 27-07-2026, 22:18
    Evləri sökən Zülfəli İsmayılov kimdir ?
  • 25-07-2026, 02:18
    Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
  • 25-07-2026, 02:04
    Bakıda skuterlərlə bağlı yeni PROBLEM - VİDEO
  • 25-07-2026, 01:48
    Azərbaycanda iki məktəb müəllimi dünyasını dəyişib.
  • 25-07-2026, 01:46
    Növbə onlara çatdı,Məmməd Musayevin başı dərddə...
  • 25-07-2026, 01:40
    İki prokuror vəzifədən azad edildi
  • 22-07-2026, 07:12
    Sumqayıt "Bağça Şəhər" də su problemi . ŞİKAYƏT
  • 22-07-2026, 07:09
    Nazirlik Tahir Kazımova hakim pensiyası vermədi, məhkəmədə uduzdu
  • 19-07-2026, 02:16
    Səhlənkarlıqdan xəstəsi ölən Rəşad həkiM - 3 il müddətinə...
  • 17-07-2026, 02:53
    Flora Kərimova ilə bağlı üzücü xəbər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə