• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Nazirlik Tahir Kazımova hakim pensiyası vermədi, məhkəmədə uduzdu

Gündəm

22-07-2026, 07:09


Ali Məhkəmənin sabiq hakimi, hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsində çalışan Tahir Kazımov ona hakim kimi əmək pensiyasının təyin edilməsi üçün məhkəməyə müraciət edib.



Xeberpost bildirir ki, xitab24.az-ın əldə etdiyi məlumata görə, işdə cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilib.



Ali Məhkəməyə qədər gedən işdə dövlət qurumu sabiq hakimin pensiya iddasından imtina edib. İmtina məktubunda qeyd olunub ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Tahir Kazımovun Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə isə onun hakim kimi iş stajı 15 ildən az, yəni, 8 il 2 ay 16 gün göstərilib.



Bu səbəbdən də, ona sabiq hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmayıb.



Tahir Kazımov hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğini əsas götürərək ona hakim pensiyası təyin edilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edib.



O, iddiasında qeyd edib ki, onun prokurorluq orqanlarında və Ali Məhkəmədə şöbə müdiri işlədiyi dövrlər, hakimlik stajına hesablanmalıdır. Bu müddət isə ümumilikdə 43 il 11 ay 17 gün təşkil edir. Tahir Kazımov bildirib ki, onun həm prokurorluq işçisi kimi, həm də, hakim kimi pensiya almaq hüququ var və o, hakim pensiyası almaq hüququnu seçir.



Bakı İnzibati Məhkəməsi iddia tələbini təmin edərək, Tahir Kazımovun hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı da daxil olmaqla) dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta məbləği əsas götürülərək ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilib.



Birinci instansiya məhkəməsi qeyd edib ki, Tahir Kazımov 2017-ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik və əlavələr qüvvəyə minənə qədər hakim vəzifəsinə təyin olunub və 2025-ci ilə qədər hakim kimi fəaliyyət göstərib. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanıb. Bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır. Həmçinin hesab edilib ki, iddiaçı xüsusi qaydada hakim vəzifəsinə təyin edilmiş şəxsdir və hazırki Qərarın 18-ci bəndində qeyd edilən qanunvericiliyin normalarına əsasən yüksək hakim vəzifəsinə təyin edilmiş hakim kimi hüquqşünas ixtisası üzrə dövlət orqanında iş stajı onun hakimlik stajına hesablanmalıdır.



ƏƏSMN-nin müvafiq qurumu məhkəmə qərarından apellyasiya şikayəti verib.



Apellyasiya instansiyası isə məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşıb və əlavə olaraq qeyd edib ki, qanunvericilik hər iki halda istər yüksək hakim vəzifəsinə müvafiq qaydada təyin edilmiş şəxsin dövlət orqanlarındakı hüquqşunas kimi iş stajını, istərsə də prokurorluq orqanlarındakı iş stajını hakimlik stajına hesablanmasına nəzərə alıb.



Ali Məhkəmə Kollegiyası da cavabdehin dəlillərini əsassız sayaraq qeyd edib ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 93-4-cü maddəsi hakimlik stajının hesablanması üçün xüsusi hüquqirejim yaradır. Bu maddədə nəzərdə tutulmuş qaydada, hüquq sahəsində ən azı 20 illik təcrübəsi və yüksək nüfuzu olan şəxslərin birbaşa yüksək hakim vəzifələrinə təyin edilməsi zamanı həmin şəxslərin uzun illər prokurorluqda, dövlət orqanlarında yaxud elm-təhsil müəssisələrində hüquq üzrə elmi və pedaqoji fəaliyyəti hakim kimi işlədiyi müddət hakimlik stajına daxil edilir. Norma hakimlik stajının faktiki deyil, hüquqi staj kimi hesablanmasını nəzərdə tutur.



Yəni bu şəxslər əvvəlki dövrdə hakim işləməsələr də, qanun həmin dövrü müəyyən hüquqi nəticələr (sosial təminat, pensiya hüququ, hakim stajından asılı imtiyazlar) üçün hakimlik stajına bərabər tutur. Bu müddəa məzmun etibarı ilə “stajın hüquqi ekvivalenti” institutunu yaradır və məqsəd yüksək ixtisaslı hüquqşünasların məhkəmə sisteminə keçidini hüquqi və soisial baxımdan təmin etməkdir.



Ali Məhkəmə də belə qərara gəlib ki, iddiaçının prokurorluq orqanlarındakı xidmət illəri, 2015-ci ildən 2017-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsində şöbə müdiri vəzifəsində işlədiyi müddət Ali Məhkəmənin hakimi kimi işlədiyi 8 il 2 ay 16 gün hakimlik stajına əlavə edilməklə, onun hakim kimi pensiya almaq hüququnu yaradır. Qərara görə, Tahir Kazımovun 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı daxil olmaqla) dövrü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğinin 80% miqdarında hakim kimi əmək pensiyası təyin edilməsini tələb etməkdə haqlıdır.



Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçıya hakim kimi əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olub və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olub. Beləliklə nazirliyin müvafiq qurumunun kassasiya şikayəti təmin edilməyib.

Paylaş:
Digər xəbərlər

Gündəm

10-07-2026, 23:47

Lökbatanda tikilən binalarrın pulları... – Arzu Kazımov şəriklərini belə “udur”

Gündəm

26-05-2026, 21:49

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender

Gündəm

18-02-2026, 20:49

Məşhur kollecin direktoru aliment qalmaqalı ilə bağlı: "Bizdən xəbərsiz qeyri-rəsmi..."

Gündəm

25-12-2025, 20:16

Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Cəmiyyət

24-12-2025, 00:33

Azərbaycanda bu şəxslərə 1600 manat VERİLƏCƏK – RƏSMİ

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Dün, 10:29
    Şirkət rəhbəri şəhid anasına da pul atıb ?
  • Dün, 09:16
    Məhkəmə Afət Fərmanqızına qadağa qoydu
  • Dün, 09:05
    Azərbaycanlı bacı-qardaş Rusiyada qəzada öldü
  • Dün, 09:02
    Prezidentdən yeni təyinatlar
  • 11-09-2026, 01:05
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
  • 1-09-2026, 10:58
    Rəşid Behbudovun qızı maraqlı paylaşım edib
  • 1-09-2026, 10:51
    Bakıda mənzillərin qiyməti sürətlə qalxır, Rusiyadan gələnlər çoxdur
  • 1-09-2026, 09:58
    Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
  • 1-09-2026, 09:54
    Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
  • 1-09-2026, 09:36
    Deputatın professor olan qudası ittihamları qəbul etmir – QƏRAR
  • 1-09-2026, 09:24
    Messi futbol oynamayacaq...
  • 1-09-2026, 09:19
    Ramiz Mehdiyevə yeni ittiham elan olundu
  • 1-09-2026, 09:17
    "Etalon" hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
  • 1-09-2026, 09:09
    Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır?
  • 25-08-2026, 09:24
    Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
  • 25-08-2026, 08:59
    Köhnə pulları baha qiymətə alırlar ?
  • 25-08-2026, 08:57
    "Aqrarkredit"in sabiq sədri barədə qalmaqal böyüyür
  • 25-08-2026, 01:45
    Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
  • 25-08-2026, 01:23
    Prezidentin Özbəkistan səfərindən - Görüntülər
  • 25-08-2026, 01:21
    Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
  • 25-08-2026, 01:13
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • 19-08-2026, 00:15
    Son 5 ildə Azərbaycanda doğum sayı kəskin azalıb – Statistika
  • 18-08-2026, 23:52
    Ebru Gündeş 10 yaş cavanlaşmaq üçün 200 min dollar ödədi
  • 18-08-2026, 23:46
    İspaniyada zəlzələ ba.verib
  • 17-08-2026, 09:45
    Natavan Əmirova qanunsuz estetik əməliyyatlar həyata keçirir...
  • 16-08-2026, 09:52
    Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur
  • 16-08-2026, 09:48
    Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı
  • 16-08-2026, 09:46
    Xəstələrini öldürüb sərvətlərinə sahib çıxırdı – 70 ilin açılmayan sirri
  • 16-08-2026, 09:39
    Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
  • 16-08-2026, 09:36
    “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
  • 16-08-2026, 09:34
    Tanınmış jurnalist 36 yaşında VƏFAT ETDİ
  • 16-08-2026, 01:12
    Ən savadlı insanlar bu şəhərdən çıxır - SİYAHI YAYILDI
  • 15-08-2026, 14:32
    Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı
  • 15-08-2026, 14:29
    Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
  • 13-08-2026, 14:28
    "OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə