• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT

Araşdırma

4-01-2026, 23:15


Paytaxtımızın Yeni Yasamal-1 massivi 13 və 14 saylı evlərinin qanuni sahiblərinin şikayətini oxuculara bildirmişdik. 30 ildən çoxdur bu vətəndaşlar öz evlərində məslunlaşa bilmirlər.
Xeberpost bildirir ki, bu barədə tanınmış jurnalist Sima Babayeva sosial şəbəkədə məlumat paylaşıb.
Sənədlə onlara məxsus mənzillərdə keçmiş məcburi köçkünlər məskunlaşıblar. Hələ də mənzilləri öz mülkiyyətçilərinə vermək istəmirlər. Halbuki hələ 2004-cü ildən bu kateqoriyadan olan insanların zəbt etdikləri evlərdən çıxmalarına göstəriş verilib.
Lakin aidiyyatı dövlət təşkilatları bu barədə üzərlərinə düşən öhdəlikləri heç vaxt yerinə yetirməyiblər.
Qarabağ münaqişəsinin ilk illərində dözüm nümayiş etdirərək mənzillərinə girib yaşayanlara qarşı heç bir hərəkət etməyiblər.
Şikayətçilər deyirlər ki, məcburi köçkünlərin Bakıya və digər yerlərə pənah gətirdikləri ilk illərdə milli həmrəylik naminə onlara güzəşt ediblər. Çünki eyni xalqın nümayəndələriyik.
Amma tədricən pis günlər arxada qaldı. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərcikləri sökülüb ləğv olundu. Onların yerində qəsəbələr salındı. Onlar üçün hər cür şəraiti olan müasir yaşayış binaları tikilib istifadəyə verildi.
Hamısı da dövlət büdcəsi hesabına. Nəhayət, Vətən müharibəsində qazandığımız qələbədən sonra Böyük Qayıdış Proqramı əsasında keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına dönmələri təşkil olunub.
Tam qayıdışa kimi isə müvəqqəti yaşayış üçün evlər ayrılıb. Amma heç kim zəbt etdiyi mənzillərdən çıxmaq istəmir. Mənzillərin qanuni sahibləri əraziyə yaxınlaşanda onları az qala daş-qalaq edirlər. Keçmiş məcburi köçkünlərin ələ keçirdikləri evləri tərk etmələrinin məcburiliyi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını da yerinə yetirməkdən imtina edirlər.
Yasamal rayon məhkəmə icraçıları şöbəsinin Pərviz adlı müdiri, Bəxtiyar adlı məhkəmə icraçısı müxtəlif bəhanələr gətirərək işi icra etmək istəmirlər. Guya mənzilləri zəbt edənlərə möhlət verilib.
Eyni bəhanəni onların nazirlikdəki rəhbərləri də deyir. Ədliyyə Nazirliyi İcra Xidməti Baş İdarəsinin rəisi Vidadi Məmmədov qəbuluna gələn Yeni Yasamal-1 massivi 13 və 14 saylı yaşayış binalarında mənzilləri zəbt olunmuş qanuni mülkiyyətçilərlə söhbətində gözə kül üfürür.
Danışdıqca məlum olur ki, tabeliyində işləyən Nicat, Pərviz, Bəxtiyar kimi işçilərinin uydurmaları elə onun özündən qaynaqlanır. Bundan əvvəl mən şikayətçilərlə birlikdə Prezident Administrasiyasında da olmuşdum.
Həmin vaxt bizi Fuad Ələsgərov qəbul edərək şikayətçilərin tələbinin qanuni, haqlı olduğunu bildirərək bu istiqamətdə iş aparıldığını bildirmişdi. Qəribədir ki, Prezident Administrasiyasında qəbula düşə bildiyim halda Ədliyyə Nazirliyində Vidadi Məmmədov özünü daha mühüm şəxs sayaraq media təmsilçisini qapı arxasında saxlayır.
Qanunda bu nəzərdə tutulubsa, buyurub göstərsin. Mən bildiyim odur ki, media əməkdaşının sərbəst şəkildə məlumat almaq, soruşmaq haqqı var. Bu haqqı heç bir məmur öz mülahizəsinə görə məhdudlaşdıra bilməz. Vidadi Məmmədovun etdiyi əsl məmur özbaşınalığıdır.
Bu adam məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasını təmin etmək əvəzinə şikayətçi vətəndaşlara nağıl danışır.
Guya qaçqın və məcburi köçkünlərin zəbt etdikləri evlərdən çıxarılmaması haqqında qərar hələ də qüvvədədir.
Guya bu möhlət yenə qalıb. Vidadi müəllimin nəzərinə çatdırım ki, belə bir güzəşt 1999-cu ildə mövcud olub, lakin 2004-cü il və sonrakı illərdə ləğv olunub. Bundan başqa, Vidadi Məmmədovun, onun işçilərinin əlində məhkəmə qərarı var.
Onlar buna məhəl qoymadan süründürməçiliklərinə qanuni don geyindirməyə çalışırlar. Qanuna əməl etməkdənsə, özləri qanunu pozurlar.

Paylaş:
Digər xəbərlər

Gündəm

2-01-2026, 21:25

TƏBİB-də səhv kadr siyasəti: SƏHİYYƏ SİSTEMİNİ İFLİC EDƏN TƏYİNATLAR

Cəmiyyət

15-12-2025, 22:19

Vahid Axundov vəfat etdi

Gündəm

27-10-2025, 00:14

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ

Gündəm

20-10-2025, 16:56

Prezidentin təltif etdiyi şəxslər kimdir? - DOSYE

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Bugün, 02:20
    Baş həkimlər çıxılmaz vəziyyətdə: Kim işdən çıxarılsın?
  • Bugün, 01:59
    Bələdiyyə sədri qaynanası evindən oğurluq edib ? ŞİKAYƏT
  • Bugün, 01:21
    Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
  • Bugün, 01:16
    Şeyxin videosundakı gizli detal — “Ərəb əlifbasına keçməliyik” çağırışının sirri açıldı (VİDEO)
  • Bugün, 01:02
    Kəramət Tacir Şahmalıoğlunu biabır etdi: Özünə şalvar al ...
  • 2-06-2026, 22:34
    Azərbaycanda "arvad"lar qadağan ediləcək - Bundan sonra neyləyəcəyik?
  • 2-06-2026, 08:00
    Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilir — Yeni Qanun
  • 1-06-2026, 23:44
    Sürücülərin bal limiti artırılır? – Qanun layihəsi təqdim edildi
  • 1-06-2026, 23:18
    Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər
  • 1-06-2026, 21:52
    “Ananı toya satdın” – Rəqsanədən Aysuna
  • 1-06-2026, 21:30
    Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto
  • 1-06-2026, 21:13
    Deputat Günay Ağamalı həmin çıxışına görə Səidəyə pul verib? - Özü DANIŞDI
  • 1-06-2026, 21:05
    MTN generalı vəfat etdi
  • 1-06-2026, 21:03
    Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
  • 1-06-2026, 21:01
    Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
  • 1-06-2026, 20:58
    Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
  • 1-06-2026, 20:53
    Çin maşını alanların NƏZƏRİNƏ! Bu tələyə düşməyin – XƏBƏRDARLIQ
  • 31-05-2026, 22:12
    "SAS EkoPark" şirkətindən şikayət evin kvadratında aldadıblar
  • 31-05-2026, 22:02
    №1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın - FOTOLAR
  • 26-05-2026, 21:52
    50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..
  • 26-05-2026, 21:49
    Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender
  • 26-05-2026, 21:28
    Saxta cərrah xəstəni öld*rüb,amma cinayətə cəlb olunmayıb.
  • 25-05-2026, 00:46
    "Maska"da Nigarı ağladan obraz kim olub?
  • 24-05-2026, 23:48
    211 saylı məktəbin müəlliminin adı dələduzluqda hallanır.
  • 20-05-2026, 01:08
    Almaxanım dayısı İzzət Bağırovun ad gününə getməyib?
  • 20-05-2026, 00:58
    Uşaq bağçasında qoyun, keçi və toyuqlar var.
  • 20-05-2026, 00:39
    Azay Möhnətovun növbəti "obyekti" yandı,özü də mövsümün açılış mərhələsində....
  • 20-05-2026, 00:19
    "Clear" hotel "dincəlmək" üçün əla məkandır, əgər əxlaqsızlıq olmasa....
  • 17-05-2026, 17:36
    Bloger Arzum bu gəncin ölümünə görə cəza alacaq
  • 17-05-2026, 15:45
    Namiq Qaraçuxurlu bağını nümayiş etdirdi - Video
  • 14-05-2026, 22:26
    Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
  • 14-05-2026, 22:24
    Hantavirusun qənimi tapıldı
  • 14-05-2026, 22:21
    Direktor müavini qadın müğənnini otelə dəvət etdi – FOTOFAKT (+18)
  • 14-05-2026, 22:13
    Sabahdan bu zolaqlara girsəniz cərimə olunacaqsınız
  • 14-05-2026, 22:07
    Taksilər avtobus zolaqlarından istifadə edə bilər? - Açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə