• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Səhlənkarlıqdan xəstəsi ölən Rəşad həkiM - 3 il müddətinə...

Gündəm

19-07-2026, 02:16



“Stimul Hospital”da həyata keçirilən mədəkiçiltmə əməliyyatından sonra pasiyentin ölümü ilə nəticələnən cinayət işi üzrə məhkəmə hökmü elan edilib.

Xeberpost.info xəbər verir ki, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 2 il müddətinə tibb sahəsində tibbi xidmət göstərilməsi üzrə fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Cinayət işinin materiallarına əsasən, 2024-cü ildə piylənmə diaqnozu ilə “Stimul Hospital”a müraciət edən N.F. üzərində laparoskopik üsulla “sleeve qastrektomiya” (mədəkiçiltmə) əməliyyatı aparılıb. Əməliyyatı Rəşad adlı cərrah icra edib.

İttihama görə, əməliyyatdan sonra pasiyentdə yüksək hərarət müşahidə olunsa da, vəziyyət lazımi qaydada qiymətləndirilməyib. Məhkəmə materiallarında qeyd olunur ki, bu mərhələdə həkim konsilium təşkil etməli, təcili kompüter tomoqrafiyası (KT) müayinəsi aparmalı və tikiş xəttində yaranmış mümkün mədə sızmasını vaxtında müəyyən edərək cərrahi müdaxilə etməli idi. Bunun əvəzinə pasiyentə 10 gün müddətində antibiotik müalicəsi təyin edilib.

Sonradan aparılan KT müayinəsində qarın boşluğunda abses aşkar olunub və N.F. təkrar əməliyyat edilib. Bir müddət sonra isə onda mədə fistulu inkişaf etdiyindən üçüncü cərrahi müdaxilə həyata keçirilib. İttihama əsasən, ilkin əməliyyatdan sonra yaranmış mədə sızmasının vaxtında aradan qaldırılmaması nəticəsində pasiyentdə peritonit, sepsis və poliorqan çatışmazlığı inkişaf edib. Nəticədə N.F. vəfat edib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxs xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib və yol verdiyi səhlənkarlıqla ağır nəticələrin yaranmasına səbəb olub.

Cərrah məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməliyyat tibbi standartlara uyğun icra olunub, sonradan yaranan ağırlaşmalar isə bariatrik cərrahiyyədə rast gəlinən risklərdəndir. Onun sözlərinə görə, pasiyentdə müşahidə olunan yüksək hərarət ilk mərhələdə mədə sızmasını təsdiqləyən əlamət hesab edilməyib və buna görə antibiotik müalicəsinə başlanılıb. Həkim qeyd edib ki, hərarət davam etdikdən sonra KT müayinəsi aparılıb, aşkar olunan abses cərrahi yolla aradan qaldırılıb və sonrakı əməliyyatlar beynəlxalq cərrahi tövsiyələrə uyğun həyata keçirilib.

Təqsirləndirilən şəxs həmçinin iddia edib ki, pasiyentin ölümünə səbəb əməliyyat deyil, sonrakı dövrdə yaranmış qidalanma pozğunluğu, albumin çatışmazlığı və daxili orqanların fəaliyyətinin zəifləməsi olub. O, məhkəmədən təkrar komisyon məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etsə də, vəsatət təmin edilməyib.

Zərərçəkmişin hüquqi varisi isə məhkəmədə bildirib ki, əməliyyatdan qısa müddət sonra N.F.-də yüksək hərarət, halsızlıq və qusma başlayıb. Onun sözlərinə görə, ailə həkimə dəfələrlə müraciət etsə də, vəziyyət ciddi qiymətləndirilməyib və yalnız antibiotik müalicəsi tövsiyə olunub. Daha sonra aparılan müayinələr nəticəsində ağırlaşmalar aşkarlanıb və pasiyent ardıcıl olaraq iki dəfə yenidən əməliyyat edilib. Hüquqi varis həmçinin əməliyyatlara görə ödənişlərin nağd şəkildə həyata keçirildiyini və bunun müqabilində hər hansı maliyyə sənədi təqdim olunmadığını iddia edib.

Qaynarinfo “Stimul Hospital”la əlaqə saxlayaraq təqsirləndirilən şəxsin sözügedən klinikada ümumi cərrah vəzifəsində çalışan Rəşad Əkbərli olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Klinika Rəşad Əkbərlinin onların işçisi olduğunu təsdiqləyib. Lakin N.F. ilə bağlı hadisə və cərrahın həbsi barədə məlumatlı olmadığını bildiriblər.

Əməkdaşımızın “Rəşad doktor hazırda işdədirmi, onunla danışa bilərikmi?” sualına isə cavab olaraq bildirilib ki, adiçəkilən cərrah bu gün işə çıxmayıb. Daha sonra isə əlaqə nömrəsi istənilərək redaksiya ilə əlaqə saxlanılacağı bildirilib. Lakin bir neçə saat keçsə də, klinika geridönüş etməyib.

Paylaş:
Digər xəbərlər

Gündəm

26-05-2026, 21:52

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

Gündəm

16-04-2026, 01:44

“Sumqayıt Hospital”dan narazılıqlar artır– Akademik-deputatın adı hallanır...

Gündəm

30-01-2026, 02:04

2021-ci ildə FHN-in Modul Tipli Hospitalının həbs edilən baş həkimi İmran Ağayev yenidən baş həkim vəzifəsində çalışır

Gündəm

24-12-2025, 01:11

Taryel Ömərovdan şikayət var,mədəkiçiltmə əməliyyatı uğursuz alınıb.

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Dün, 02:18
    Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
  • Dün, 02:04
    Bakıda skuterlərlə bağlı yeni PROBLEM - VİDEO
  • Dün, 01:48
    Azərbaycanda iki məktəb müəllimi dünyasını dəyişib.
  • Dün, 01:46
    Növbə onlara çatdı,Məmməd Musayevin başı dərddə...
  • Dün, 01:40
    İki prokuror vəzifədən azad edildi
  • 22-07-2026, 07:12
    Sumqayıt "Bağça Şəhər" də su problemi . ŞİKAYƏT
  • 22-07-2026, 07:09
    Nazirlik Tahir Kazımova hakim pensiyası vermədi, məhkəmədə uduzdu
  • 19-07-2026, 02:16
    Səhlənkarlıqdan xəstəsi ölən Rəşad həkiM - 3 il müddətinə...
  • 17-07-2026, 02:53
    Flora Kərimova ilə bağlı üzücü xəbər
  • 17-07-2026, 02:46
    Vurdurduğu dolğu bədəninə yayıldı - Vəziyyəti ağırdır
  • 17-07-2026, 02:45
    Hüseyndən Zaura: "Pulumu qaytar, 1500 manat göndərmişəm" - FOTO
  • 15-07-2026, 09:17
    “Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
  • 15-07-2026, 08:58
    Estetiksiz qadın, yoxsa təbii dondurma?
  • 14-07-2026, 01:16
    Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
  • 14-07-2026, 01:09
    Prezidentin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu keçirilib
  • 14-07-2026, 01:04
    Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs edildi
  • 14-07-2026, 00:25
    Stomatoloq Mehmet Əliyevə 1900 manat ödəyib dişləri düzəlmir - ŞİKAYƏT
  • 14-07-2026, 00:10
    "Qurtuluş-93" də qanunsuz söküntü,tikinti işləri aparılır
  • 13-07-2026, 01:53
    Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu
  • 10-07-2026, 23:50
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • 10-07-2026, 23:47
    Lökbatanda tikilən binalarrın pulları... – Arzu Kazımov şəriklərini belə “udur”
  • 9-07-2026, 09:19
    “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı
  • 9-07-2026, 09:09
    "Moskva " Ticarət Mərkəzinin uçmaq təhlükəsi..İDDİA
  • 9-07-2026, 02:24
    Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
  • 9-07-2026, 02:04
    Keçmiş YAP sədri saxlanıldı,korrupsiya...
  • 8-07-2026, 21:14
    Milan Hospitalda həkimlər xəstələrə problem yaradır.
  • 8-07-2026, 02:39
    Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - VİDEO
  • 8-07-2026, 02:30
    Səbuhi Rəcəbin cəzası ağırlaşdırıldı, Elman Mirzəyev azadlığa çıxdı
  • 8-07-2026, 02:16
    Məşhur mağazalardan 4345 AZN-lik paltar oğurlayan qadına HÖKM ÇIXARILDI
  • 8-07-2026, 02:14
    Bu institut ləğv edilir - Prezident qərar verdi
  • 8-07-2026, 02:13
    Barəsində cinayət işi açılan və Heydərovlara bağlı şirkət kapitalını yenə azaldır
  • 8-07-2026, 02:03
    Azərbaycanda hakim özü-özünə etiraz etdi
  • 8-07-2026, 01:51
    Müəllimlər kütləvi etiraza başladı - AHİK müraciətləri əsassız rədd edir -Foto
  • 8-07-2026, 01:46
    Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
  • 8-07-2026, 01:44
    Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə