• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Taryel Ömərovdan şikayət var,mədəkiçiltmə əməliyyatı uğursuz alınıb.

Gündəm

24-12-2025, 01:11



Şikayətçi Anar İsazadə Baku TV-yə müraciət edərək keçirdiyi mədəkiçiltmə əməliyyatlarından sonra ciddi sağlamlıq problemləri ilə üzləşdiyini bildirib.

Anar İsazadə deyir ki, artıq çəki problemindən əziyyət çəkdiyi üçün 2017-ci ildə mədəkiçiltmə əməliyyatı olub.

Şikayətçinin sözlərinə görə, bir müddət sonra yenidən kökəlməyə başlayıb və ikinci əməliyyatın mümkün olduğu bildirilib.

Ona "Modern Hospital"da çalışan həkim Taryel Ömərov tövsiyə olunub və əməliyyatdan sonra problemlər başlayıb:

"On gündən sonra hərarətim qalxdı. Həkimlə əlaqə saxladım, dedi ki, klinikaya yaxınlaş. Rentgen etdilər və hər şeyin qaydasında olduğunu söylədilər. Məni evə göndərdilər".

Anar İsazadə bildirib ki, bundan sonra vəziyyəti daha da ağırlaşıb:

"Kürək nahiyəmdə şiddətli ağrılar başladı. Müəyyən olundu ki, qida borumda fistula yaranıb. Qida boruma stend qoyuldu, amma iki ay sonra yenidən fistula yarandı. Qida və su qəbul edəndə öskürək tuturdu. Ümumilikdə, 2024-cü ildə səkkiz dəfə əməliyyat keçirmişəm. Mədəni tamamilə götürdülər, bağırsağı qida borusuna birləşdirdilər".

Anar İsazadə hazırda məhkəməyə müraciət etməyə hazırlaşdığını deyib.

Əməliyyatı həyata keçirən həkim Taryel Ömərov isə iddialarla razılaşmadığını bildirib:

"Biz 2023-cü ilin iyul ayının 28-də Anar bəyi təkrar mədəkiçiltmə əməliyyatı etdik. Ondan sonra o, normal şəkildə həyatına davam edib".

Taryel Ömərov qeyd edib ki, problem əməliyyat sahəsi ilə əlaqəli olmayıb:

"2024-cü ildə aparılan müayinələr zamanı qida borusunda təxminən 2 millimetrlik xırda bir dəlik aşkar olundu. Halbuki biz əməliyyatı qarın boşluğunda aparmışıq. Bu proses bizim əməliyyat sahəmizdən təxminən iki santimetr yuxarıda baş verib".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, əməliyyatı icra edən həkim Taryel Ömərovun adı Səhiyyə Nazirliyinin Tibb İşçilərinin Vahid Reyestrində var, həmçinin cərrah kimi çalışması üçün müvafiq sertifikatı mövcuddur:

"Cərrah Taryel Ömərovun fəaliyyəti ilə bağlı bu vaxtadək Analitik Ekspertiza Mərkəzinə heç bir rəsmi şikayət daxil olmayıb. Sorğuda qeyd edilən əməliyyatın üzərindən 4 aydan çox vaxt keçdiyi üçün inzibati xətanın müddəti bitib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 38.1 bəndinə müvafiq olaraq, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec 4 ay keçənədək qüvvədə olur. Bu isə göstərilən faktla bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada Mərkəz tərəfindən uyğun tənbeh tədbirinin icrası üçün məhdudiyyət yaradır. Belə olan halda vətəndaş təsdiqedici sənədlərlə prokurorluğa müraciət etməlidir".

Paylaş:
Digər xəbərlər

Gündəm

24-12-2025, 00:58

Prezident İlham Əliyevin doğum günüdür

Gündəm

6-12-2025, 03:54

Gəncə Dövlət Universitetinin rüşvət hökm sürür

Gündəm

27-10-2025, 00:14

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ

Gündəm

20-10-2025, 17:03

Sabirabadda erkən nikahla bağlı araşdırma başladı

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Bugün, 10:29
    Şirkət rəhbəri şəhid anasına da pul atıb ?
  • Bugün, 09:16
    Məhkəmə Afət Fərmanqızına qadağa qoydu
  • Bugün, 09:05
    Azərbaycanlı bacı-qardaş Rusiyada qəzada öldü
  • Bugün, 09:02
    Prezidentdən yeni təyinatlar
  • Dün, 01:05
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
  • 1-09-2026, 10:58
    Rəşid Behbudovun qızı maraqlı paylaşım edib
  • 1-09-2026, 10:51
    Bakıda mənzillərin qiyməti sürətlə qalxır, Rusiyadan gələnlər çoxdur
  • 1-09-2026, 09:58
    Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
  • 1-09-2026, 09:54
    Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
  • 1-09-2026, 09:36
    Deputatın professor olan qudası ittihamları qəbul etmir – QƏRAR
  • 1-09-2026, 09:24
    Messi futbol oynamayacaq...
  • 1-09-2026, 09:19
    Ramiz Mehdiyevə yeni ittiham elan olundu
  • 1-09-2026, 09:17
    "Etalon" hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
  • 1-09-2026, 09:09
    Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır?
  • 25-08-2026, 09:24
    Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
  • 25-08-2026, 08:59
    Köhnə pulları baha qiymətə alırlar ?
  • 25-08-2026, 08:57
    "Aqrarkredit"in sabiq sədri barədə qalmaqal böyüyür
  • 25-08-2026, 01:45
    Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
  • 25-08-2026, 01:23
    Prezidentin Özbəkistan səfərindən - Görüntülər
  • 25-08-2026, 01:21
    Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
  • 25-08-2026, 01:13
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • 19-08-2026, 00:15
    Son 5 ildə Azərbaycanda doğum sayı kəskin azalıb – Statistika
  • 18-08-2026, 23:52
    Ebru Gündeş 10 yaş cavanlaşmaq üçün 200 min dollar ödədi
  • 18-08-2026, 23:46
    İspaniyada zəlzələ ba.verib
  • 17-08-2026, 09:45
    Natavan Əmirova qanunsuz estetik əməliyyatlar həyata keçirir...
  • 16-08-2026, 09:52
    Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur
  • 16-08-2026, 09:48
    Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı
  • 16-08-2026, 09:46
    Xəstələrini öldürüb sərvətlərinə sahib çıxırdı – 70 ilin açılmayan sirri
  • 16-08-2026, 09:39
    Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
  • 16-08-2026, 09:36
    “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
  • 16-08-2026, 09:34
    Tanınmış jurnalist 36 yaşında VƏFAT ETDİ
  • 16-08-2026, 01:12
    Ən savadlı insanlar bu şəhərdən çıxır - SİYAHI YAYILDI
  • 15-08-2026, 14:32
    Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı
  • 15-08-2026, 14:29
    Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
  • 13-08-2026, 14:28
    "OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə