Ötən gün Fərid Rauf oğlu Şəfiyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri təyin olunub.
Xeberpost.info xəbər verir ki,APA-nın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Mərkəzin İdarə Heyəti sədrinə 3 müavin də təyin edilib.
Oxu: Kreditlərlə bağlı Mərkəzi Bankın sədri qərar imzalayıb
Belə ki, Fərhad Məmməd oğlu Məmmədov, Cavid İsmayıl oğlu Vəliyev və Gülşən Məmmədəli qızı Paşayeva Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavinləri təyin ediliblər.