İspaniyanın Qranada əyalətində zəlzələ baş verib; ölənlər var.
İspaniyanın Qranada əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
ABC-nin məlumatına görə, üç nəfər yüngül xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib.
Şəhər hakimiyyəti ehtiyat tədbiri olaraq inzibati binaları, muzeyləri və idman qurğularını bağlayıb. Xilasedicilər binalarda sürüşmə və çatlarla bağlı onlarla zəng alır, küçələrdə dağıntılar və zədələnmiş avtomobillər barədə məlumat verilir.
15 avqustda eyni bölgədə 5,0 bal gücündə zəlzələ qeydə alınıb.