Redaksiyamıza avtosalonla bağlı şikayət daxil olub.
Belə ki,bir neçə gün öncə Babək prospektində yerləşən "088 CARS" avtosalonuna satmaq məqsədilə 77 TK 407 seriya nömrəli KİA K5 markalı avtomobil qoyulub.Bir həftə ərzində avtomoibil satılmadığından vətəndaş avtomobili götürmək istəyir. Lakin, elə həmin gün 100 AZN ,2 bal cərimə olunub.
Avtomobilin videogörüntüsü olduğu halda götürərkən vurulmuş olduğu aşkar olunub.
Daha sonra,iddialara görə avtomobilin monitoru işləmir, ya xarab ediblər,ya da dəyişiblər.
Avtosalonun sahibi ilə əlaqə saxladıq, lakin etiraz etdilər. Guya heç nə olmayıb.
Aidiyyatı qurumlardan xahiş edirik ki, məsələni nəzarətə götürsünlər.