Artıq bir neçə gündür ki,ölkə mediasında "Qurtuluş-93"yaşayış kompleksində aparılan qanunsuz söküntü və tikinti işlərindən yazır.
Xatırladırıq ki, "Qurtuluş-93" yaşayış kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovdur.
Məlumata görə Hacının yaxın qohumu sayılan Fərid adlı şəxs bütün tikinti ,söküntü işlərinə nəzarət edir. Media nümayəndələrinə isə belə bir cavab verir ki, bu binalar Qurtuluş93"-ün ərazisindədir,Daxili təlimatla binalarda söküntü və yenidənqurma işləri apara bilərik.
Bəs binanın özülü zəifləyərsə zirzəmilərdə bəzi divarlar cam şüşələrlə əvəzlənərsə, nə qədər təhlükəsizlik qorunacaq.Digər tərəfdən sakinlərin narazılığı nəzərə alınmır.Bütün binaların zirzəmisi və birinci mərtəbələr obyektlərə çevrilir.
Görünür biznes daha çox gəlir gətirməsi üçündür bu.
Məsələni aidiyyatı qurumların ixtiyarına buraxırıq.Hələ ki, FHN,Şəhərsalma,Əmlak Komitəsi bu hallara göz yumur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.