• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sumqayıtda icra başçısının qardaşına məxsus olduğu deyilən Obyektlərdə nələr baş verir ?

Gündəm

25-01-2026, 22:10



Məlumunuz olsun ki, Sumqayıtda kifayət qədər biznesə malik olan iş adamı Nazim Fərəcov Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşıdır.
Ötən ilin yayında Sumqayıt şəhərinin 10-cu mikrorayonunda binaların həyətində açılan və sakinlərin ciddi narazılığına səbəb olan, lakin buna baxmayaraq fəaliyyətinə davam edən qalmaqallı “Premium Market”lə bağlı yeni və maraqlı detallar üzə çıxıb. Qeyd edək ki, “Premium Market”in meyvə-tərəvəz satışı üçün nəzərdə tutulmuş bazar hissəsi binaların arasında, hətta bəzi binalara bitişik dəmir konstruksiyalar vasitəsilə inşa edilib. Sakinlərin bu tikintiyə etiraz etdikləri, lakin müxtəlif yollarla qorxudularaq səslərini kəsmələrinin tələb olunduğu bildirilir.

Xeberpost bildirir ki, bizimesr.az-ın elektron poçtuna daxil olan məlumata görə, Sumqayıt şəhərinin 10-cu mikrorayonunda ötən ilin iyun ayında açılmış “Premium Market”lə bağlı ciddi iddialar və maraqlı məlumatlar ortaya çıxır.

İddialara görə, market Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, sabiq deputat Nazim Fərəcova məxsusdur. Marketin yerləşdiyi hündürmərtəbəli binanın da Zakir Fərəcova aid olduğu, obyektin isə faktiki olaraq Nazim Fərəcov tərəfindən idarə edildiyi bildirilir.

Məlumata əsasən, “Premium Market”in açılış mərasimində icra başçısının birinci müavini və şəhərin demək olar ki, bütün idarə rəhbərləri iştirak ediblər. Bundan sonra isə İcra Hakimiyyəti və bələdiyyə strukturlarında çalışan əməkdaşlara gündəlik bazarlığı yalnız bu marketdən etmələri ilə bağlı göstəriş verildiyi iddia olunur.

Şahidlərin sözlərinə görə, əməkdaşlara xüsusi endirim kartları paylanıb və həmin kartlar vasitəsilə kimin nə qədər alış-veriş etdiyinə nəzarət edilir. Bildirilir ki, bu şəxslər ayda minimum 500 manatlıq alış-veriş etməyə məcbur ediliblər.

Digər ciddi iddia isə marketin yerləşdiyi binanın yanındakı piyada yolunun zəbt edilərək obyektə birləşdirilməsi ilə bağlıdır. Məlumata görə, sakinlər bu məsələ ilə bağlı müxtəlif qurumlara dəfələrlə şikayət etsələr də, heç bir tədbir görülməyib. Bundan başqa, binanın su anbarının üzərində meyvə-tərəvəz bazarının salındığı da vurğulanır.

“Premium Market”in Sumqayıtda meyvə-tərəvəzi ən ucuz satan marketlərdən biri olması da diqqət çəkir. Bu ucuzluğun səbəbi ilə bağlı isə daha ciddi iddialar səsləndirilir. Bildirilir ki, küçə ticarəti zamanı müsadirə olunan meyvə-tərəvəz məhsulları birbaşa həmin marketə daşınır və ucuz qiymətə satışa çıxarılır.

Marketdə çalışan şəxslərin sözlərinə görə, bəzi hallarda müxtəlif yeşiklərdə meyvələr qəfil gətirilir, sayılmadan və rəsmi uçota alınmadan birbaşa piştaxtalara düzülür. Hətta ötən həftə küçə ticarəti ilə məşğul olan bir şəxsin marketə gələrək qalmaqal yaratdığı, yeşiklərdəki məhsulun ona məxsus olduğunu iddia etdiyi deyilir. Şəxs yeşiklərin üzərində öz əl izləri və işarələrinin qaldığını bildirsə də, bunu sübut edə bilməyib və ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, son hadisələrdən sonra küçə ticarəti məhsullarının müsadirəsinin dayandırıldığı, bunun fonunda isə “Premium Market”də durğunluq yarandığı bildirilir. Mənbələr qeyd edir ki, hazırda qiymətlər də yüksəlib, çünki əvvəlki kimi müsadirə olunmuş məhsullar marketə gətirilmir.
Digər məlumatda isə Nizami Fərəcova aid olduğu deyilən yeni açılmış Klinikada da qanunsuzluqlar mövcuddur.Bu barədə vətəndaşın məktubunu sizə təqdim edirik :




"Hormetli redaksiya. Ən dürüst yazıları siz yazırsız. Ona görə mən də bu faktları sizə təqdim edirəm. Sumqayıtda şəhərin ən bahalı yeri olan Levend MTK-nın ərazisində icra başçısı Zakir Fərəcovun qızının Bulvar klinikası və xarici dil kursları yerləşir. Bulvar klıinikasında tibbi təhsili olmayan adamlar həkim işləyir, insanları aldadırlar. Bunu özünüz klinikanın instaqram səhifəsindən də araşdırıb görə bilərsiz.
https://www.instagram.com/boulevard.medical/
Məsələn klinikada özünü hamıya dietoloq nutrisioloq kimi təqdim edən Günel Əşrəfovanın heç bir tibbi təhsili yoxdur, orta təhsillidir, ANDOP MMC-də dietoloq kursunu bitirib, sertifikat alıb, sonra isə Türkiyədə bu sahədə 1-2 aylıq təlimlər keçib. Dietologiya tibbi sahədir və insan orqanizminin xüsusiyyətlərini bilməyən bir şəxsə belə məsuliyyətli işin tapşırılması klinika rəhbərliyinin qanunları saymaması və Səhiyyə nazirliyinin də buna göz yummasının nəticəsidir. Günel Əşrəfova barədə həmin isntaqram səhifəsindən ətraflı məlumat ala bilərsiz. Diplom soruşsanız gah deyəcək evdə qalıb, gah deyəcək bilmirəm hara qoymuşam. Bu da onun barədə məlumat.
https://www.instagram.com/boulevard.medical/

"Bundan başqa deyim ki, Sumqayıtda 10-cu mikrorayonda keçən ilin iyun ayında açılmış Premium market Zakir Fərəcəovun qardaşı keçmiş deputat Nazim Fərəcova məxsusdur. Marketin yerləşdiyi hundurmertebeli bina da Zakir Fərəcovundur, qardaşı Naizm idarə edir, Premium marlet açılanda açılışına icra başçısının birinci müavini və şəhərin bütün idarə rəhbərləri də gəlmişdi. İcra hakimiyyətinin və bələdiyyənin bütün işçilərinə bazarlığı ancaq Premium marletdən etmək tapşırılıb. Hər birinə marketin endirim kartları verilib və onun vasitəsilə kimin nə qədər alış veriş etdiyinə birbaşa nəzarət edirlər. Hər kəs ayda ən azı 500 manatlıq alış veriş etməlidir. Premium marketin yerləşdiyi binanın yanındakı piyada yolunu zəbt edib Premium marletə birləşdiriblər. Həmin yol zəbt ediləndə sakinlər hər yerə şikayət etsələr də tədbir görən olmadı, binanın su anbarının üstündə meyvə tərəvəz bazarı tikilib. Nazim Fərəcovun oğlunun Ruslanın Norm şirə zavodu var. özü də şəhərdə bütün şüşələri qara plyonkalı maşınla sürür. Premium market Sumqayıtda meyvə-tərəvəzi ən ucuz satan marketdir. Bu isə səbəbsiz deyil. Çünki küçə ticarətindən müsadirə olunan məhsullar həmin markletə daşınır və ucuz qiymətə satılır. Həmin markletdə alış veriş edənlər də şahid olur ki, qəfildən cürbəcür yeşiklərdə meyvələr gətirilir və sayılmadan, anbara vurulmadan birbaşa piştaxtaya çıxarılır. Hetta kecen həftə küçə ticarəti ilə məşğul olan bir nəfər gəlib orda dava salmışdı ki, bu yeşikdəki mal mənimdir, yeşiyin kənarında öz əlimlə hesablama eləmişəm qalıb üstündə. Sübut edə bilmədi, qovub atdılar bayıra. Son hadisədən sonra isə küçədən meyvələrin müsadirə olunması dayandığı üçün hazırda Premium marketdə durğunluq yaranıb, qiymətlər isə qaldırılıb, çünki daha müsadirə olunmuş mal gəlmir."

Suqmayıtda baş verən diğər hallarla bağlı növbəti günlərdə ətraflı məlumat verəcəyik!

Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-01-2026, 22:21

Bakı metrosunun 10 yeni stansiyası harada yerləşəcək?

Gündəm

20-01-2026, 00:19

Sumqayıtda küçə ticarəti qadağası adı ilə meyvələr müsadirə olundu,sonra da geri qaytarıldı. VİDEO

Gündəm

19-12-2025, 21:59

Möcüzə market "möcüzələr yaradır" . Bakıxanovda qanunsuz tikili.

Gündəm

27-10-2025, 00:14

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Bugün, 02:20
    Baş həkimlər çıxılmaz vəziyyətdə: Kim işdən çıxarılsın?
  • Bugün, 01:59
    Bələdiyyə sədri qaynanası evindən oğurluq edib ? ŞİKAYƏT
  • Bugün, 01:21
    Türkiyə Avropa Şurasından çıxarıla bilərmi? - QARDAŞ ÖLKƏDƏ VƏZİYYƏT PİSLƏŞİR
  • Bugün, 01:16
    Şeyxin videosundakı gizli detal — “Ərəb əlifbasına keçməliyik” çağırışının sirri açıldı (VİDEO)
  • Bugün, 01:02
    Kəramət Tacir Şahmalıoğlunu biabır etdi: Özünə şalvar al ...
  • 2-06-2026, 22:34
    Azərbaycanda "arvad"lar qadağan ediləcək - Bundan sonra neyləyəcəyik?
  • 2-06-2026, 08:00
    Kafelərdə saatlarla vaxt keçirmək qadağan edilir — Yeni Qanun
  • 1-06-2026, 23:44
    Sürücülərin bal limiti artırılır? – Qanun layihəsi təqdim edildi
  • 1-06-2026, 23:18
    Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər
  • 1-06-2026, 21:52
    “Ananı toya satdın” – Rəqsanədən Aysuna
  • 1-06-2026, 21:30
    Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı-Foto
  • 1-06-2026, 21:13
    Deputat Günay Ağamalı həmin çıxışına görə Səidəyə pul verib? - Özü DANIŞDI
  • 1-06-2026, 21:05
    MTN generalı vəfat etdi
  • 1-06-2026, 21:03
    Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
  • 1-06-2026, 21:01
    Bu gündən kart ödənişlərində komissiyalara limit qoyuldu
  • 1-06-2026, 20:58
    Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
  • 1-06-2026, 20:53
    Çin maşını alanların NƏZƏRİNƏ! Bu tələyə düşməyin – XƏBƏRDARLIQ
  • 31-05-2026, 22:12
    "SAS EkoPark" şirkətindən şikayət evin kvadratında aldadıblar
  • 31-05-2026, 22:02
    №1 Çörək Zavodunun şirniyyatlarını kif basıb - İstifadə müddətinə aldanmayın - FOTOLAR
  • 26-05-2026, 21:52
    50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..
  • 26-05-2026, 21:49
    Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender
  • 26-05-2026, 21:28
    Saxta cərrah xəstəni öld*rüb,amma cinayətə cəlb olunmayıb.
  • 25-05-2026, 00:46
    "Maska"da Nigarı ağladan obraz kim olub?
  • 24-05-2026, 23:48
    211 saylı məktəbin müəlliminin adı dələduzluqda hallanır.
  • 20-05-2026, 01:08
    Almaxanım dayısı İzzət Bağırovun ad gününə getməyib?
  • 20-05-2026, 00:58
    Uşaq bağçasında qoyun, keçi və toyuqlar var.
  • 20-05-2026, 00:39
    Azay Möhnətovun növbəti "obyekti" yandı,özü də mövsümün açılış mərhələsində....
  • 20-05-2026, 00:19
    "Clear" hotel "dincəlmək" üçün əla məkandır, əgər əxlaqsızlıq olmasa....
  • 17-05-2026, 17:36
    Bloger Arzum bu gəncin ölümünə görə cəza alacaq
  • 17-05-2026, 15:45
    Namiq Qaraçuxurlu bağını nümayiş etdirdi - Video
  • 14-05-2026, 22:26
    Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
  • 14-05-2026, 22:24
    Hantavirusun qənimi tapıldı
  • 14-05-2026, 22:21
    Direktor müavini qadın müğənnini otelə dəvət etdi – FOTOFAKT (+18)
  • 14-05-2026, 22:13
    Sabahdan bu zolaqlara girsəniz cərimə olunacaqsınız
  • 14-05-2026, 22:07
    Taksilər avtobus zolaqlarından istifadə edə bilər? - Açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə