• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qırğızıstanda “Baku Resort & Spa” açıldı

Gündəm

1-08-2026, 09:35


Bu gün Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının açılışı olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və birinci xanım Ziroatxon Mirziyoyeva, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tədbirdə iştirak ediblər.

***

Azərbaycan Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlət başçılarına və birinci xanımlara İssık-Kul vilayətinin Kara-Oy kəndində tikilmiş mehmanxana barədə məlumat verib.

Bildirilib ki, “Baku Resort & Spa” “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında” 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub.

Ümumilikdə 17 hektardan çox ərazini əhatə edən mehmanxana memarlıq, mədəniyyət, incəsənət, qastronomiya, sağlamlıq və istirahətin ahəngdar şəkildə bir araya gəldiyi nadir məkan kimi layihələndirilib.

Kompleksdə 330 qonağın qəbuluna imkan verən 111 otaq və 10 kottec var.

Mehmanxanada bir hissəsi Azərbaycan vətəndaşları olmaqla ilkin mərhələdə 255 nəfərin iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

Sağlamlıq və istirahət mehmanxana konsepsiyasının əsas istiqamətlərindəndir. Burada ilboyu istirahət üçün nəzərdə tutulmuş qapalı və açıq hovuzlar, akvapark və çimərlik də qonaqların ixtiyarına veriləcək.

Qastronomiya mehmanxananın fəaliyyətinin ayrılmaz hissəsini təşkil edir. Burada Azərbaycan kulinariya ənənələrinin zənginliyi nümayiş olunacaq. Mehmanxanadakı müxtəlif restoranlarda ənənəvi Azərbaycan səhər yeməkləri də daxil olmaqla, milli mətbəximizdən təamlar təqdim ediləcək.

Hər yaş qrupundan olan qonaqlar üçün maraqlı istirahət imkanları yaratmaq məqsədilə kurort geniş əyləncə infrastrukturu ilə təchiz olunub, boulinq və digər əyləncə oyunları zonası, kino zalı, müxtəlif idman növləri üçün nəzərdə tutulmuş çoxfunksiyalı açıq idman meydançası yaradılıb.

Mehmanxanada beynəlxalq konfranslar, korporativ görüşlər, biznes və sosial tədbirlərin təşkili üçün müasir şərait var.

Burada Bakının gözəlliyi və Azərbaycanın zəngin mədəni irsini əks etdirən elementlər qonaqlara milli ənənələrlə müasirliyin harmoniyasını yaşadır.

Dünyanın ikinci ən böyük dağ gölü və Qırğızıstanın ən qiymətli təbiət incilərindən hesab olunan İssık-Kulun sahilində yerləşməsi, həmçinin bu ərazinin yüksək turizm potensialı mehmanxananın kompleksinin əhəmiyyətini daha da artırır.

Möhtəşəm Tyan-Şan dağları ilə əhatə olunan bu bölgə gözəl təbiəti, minerallarla zəngin suları, həmçinin ilboyu istirahət, sağlamlıq və mədəni turizm üçün əlverişli imkanları ilə tanınır.

“Baku Resort & Spa”nın fəaliyyətə başlaması İssık-Kul regionunda turizm sektoruna mühüm töhfə verməklə yanaşı, bölgənin turizm məkanı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Bu layihənin icrası, eyni zamanda, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına töhfə verir.






Paylaş:
Digər xəbərlər

Gündəm

26-05-2026, 21:49

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi ...350 milyonluq tender

Gündəm

1-02-2026, 23:22

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Gündəm

24-12-2025, 00:58

Prezident İlham Əliyevin doğum günüdür

Cəmiyyət

15-12-2025, 22:19

Vahid Axundov vəfat etdi

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Bugün, 12:54
    Jurnalis Bakı-Tbilisi bilet fırıldağını ifşa etdi- "Biabırçılığı,.."
  • Bugün, 12:42
    Daha bir neçə özəl universitet bağlana bilər - AÇIQLAMA
  • Bugün, 11:06
    Azərbaycanda iki vəkil həbs olundu
  • Bugün, 11:02
    Misir Mərdanov görün hansı nəsildənmiş - 6 min illik sirr...
  • Bugün, 10:29
    Ramiz Mehdiyevin kürəkəninin İMPERİYASI ÇÖKÜR - Bakının mərkəzində yandırılan arxivlər və... - ŞOK DETALLAR
  • 7-08-2026, 13:20
    Ər və arvad öldürülübmüş - Həmin yanğının ŞOK təfərrüatı bilindi
  • 7-08-2026, 12:12
    Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı
  • 7-08-2026, 12:05
    Bənizə 10 il 3 ay həbs cəzası verildi
  • 1-08-2026, 09:53
    Faiq Ağayev imicini dəyişdi,hərə bir şərh yazdı,o da cavab verdi..
  • 1-08-2026, 09:35
    Qırğızıstanda “Baku Resort & Spa” açıldı
  • 1-08-2026, 09:31
    Hüseyn Həsənova Rusiyada 6 il iş istənildi
  • 1-08-2026, 09:30
    150 balla hansı ixtisaslara qəbul olmaq olar? – Siyahı
  • 1-08-2026, 09:28
    Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
  • 1-08-2026, 09:23
    Məşhur cərrah Aran Klinikasının yalanını belə üzə çıxardı - Görüntülər
  • 1-08-2026, 09:14
    53 mindən çox miqrant geri qayıdıb
  • 1-08-2026, 00:31
    Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu
  • 1-08-2026, 00:00
    5 uşağı var,indi evlənir...
  • 31-07-2026, 23:51
    Mehdiyevlərin bankı bağlandı - Aktiv və öhdəlikləri ABB-yə ötürüldü
  • 31-07-2026, 23:46
    Cərrah və anestezioloqa cəza,5,il...
  • 28-07-2026, 00:29
    Məşhur həbsxana rəisi vəfat etdi - Foto
  • 28-07-2026, 00:06
    Korovinin iddialarına cavab gecikmədi - Müşfiq Hətəmovun nümayəndəsi danışdı
  • 27-07-2026, 23:58
    Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır - Səbəb
  • 27-07-2026, 23:55
    100 manata ehtiyacı olanlar necə “milyonçu” oldu? - Çirkli pullar belə yuyulub
  • 27-07-2026, 23:45
    “Toplum TV“ işi üzrə hökm oxunub - 12 ildən 15 ilə kimi
  • 27-07-2026, 22:20
    Evləri sökən Zülfəli İsmayılov kimdir ?
  • 27-07-2026, 22:18
    Evləri sökən Zülfəli İsmayılov kimdir ?
  • 25-07-2026, 02:18
    Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
  • 25-07-2026, 02:04
    Bakıda skuterlərlə bağlı yeni PROBLEM - VİDEO
  • 25-07-2026, 01:48
    Azərbaycanda iki məktəb müəllimi dünyasını dəyişib.
  • 25-07-2026, 01:46
    Növbə onlara çatdı,Məmməd Musayevin başı dərddə...
  • 25-07-2026, 01:40
    İki prokuror vəzifədən azad edildi
  • 22-07-2026, 07:12
    Sumqayıt "Bağça Şəhər" də su problemi . ŞİKAYƏT
  • 22-07-2026, 07:09
    Nazirlik Tahir Kazımova hakim pensiyası vermədi, məhkəmədə uduzdu
  • 19-07-2026, 02:16
    Səhlənkarlıqdan xəstəsi ölən Rəşad həkiM - 3 il müddətinə...
  • 17-07-2026, 02:53
    Flora Kərimova ilə bağlı üzücü xəbər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə