Marketlərdən toyuq məhsulları alarkən bir çox istehlakçının diqqət yetirmədiyi bəzi məqamlar ciddi sağlamlıq təhlükələrinə yol aça bilər.
Xeberpost xəbər verir ki, paketlərin dibində görünən çəhrayı və ya qırmızımtıl maye, əslində, toyuğun təbii protein strukturundan sızan sudur. Lakin bu suyun miqdarı və rəngi məhsulun saxlanma şəraiti haqqında kritik məlumatlar verir.