Əməkdar artist Ruhəngiz Musəvi "Xəzər axşamı" verilişində qonaq olub.
Xeberpost.info xəbər verir ki, proqram zamanı müğənninin arxiv ifaları təqdim edilib.
R.Musəvinin illər əvvəl Əli Mirəliyevlə oxuduğu duet təqdim olunanda o, üzünü çevirib və baxmaq istəmədiyini deyib.
Onun həmin an verdiyi reaksiya sosial şəbəkədə gündəm olub.
Qeyd edək ki, Ə.Mirəliyevlə R.Musəvi arasında efirdə qalmaqal yaşanıb. Ə.Mirəliyev R.Musəvinin hamıya söz atdığını deyərək, onu tənqid edib. O, eyni zamanda ifaçını mərhum Əməkdar artist Baloğlan Əşrəfovun mahnısını oxuduğu üçün pisləyib. //axsam.az