Xəbər verdiyimiz kimi, bu gün “Lake Hotel” restoranının yaxınlığında cərəyan vurması nəticəsində 4 ofisiant həlak olub.
Onlardan ən balacası Əkbər Zeynalovun 18 yaşı olub.
Ofisiantlar metal konstruksiyalı mexanizmi otelin arxa hissəsindəki tikintidən gətiriblər.
bunu jurnalistlərə açıqlamasında hadisə baş verən ” Lake Hotel”in mühafizəçisi Əliağa Həsənov deyib.
“Hotelin arxa həyətində tikinti gedirdi. Metal qurğu da orada olub. Ofisiantlar həmin qurğunu hotelin həyətinə gətirirdilər. Hotelin şüşələri silinməli idi, ona görə həmin qurğunu gətirmək istəyirdilər. Ərazidən keçəndə qurğu yüksək gərginlikli elektrik naqilinə toxundu”.
27 yaşlı Cavidan Muradov (fotoda 1-ci)
20 yaşlı Emil Quliyev (fotoda 2-ci)
19 yaşlı Eltac Əliyev (fotoda 3-cü)
18 yaşlı Əkbər Zeynalov (fotoda 4-cü)
//azerb 24.com