• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zəfər qələbəmiz və möhtəşəm "Parad"

Gündəm

9-11-2025, 09:11


Ötən gün xalqımız Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrdən biri olan Zəfər gününün – Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbənin 5-ci ildönümünü qeyd etdik. Bu Zəfər milli yaddaşımıza, dövlətçilik tariximizə silinməz izlərlə parlaq və əbədi həkk olunmuşdur və illər, əsrlər ötsə də, nəsillər dəyişsə də bu qələbə əsla unudulmayacaqdır.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı hərbi təxribatları nəticəsində başlanan və 44 gün davam edən Vətən müharibəsindən beş il ötür. Xalqımız üçün “Olum, ya ölüm” məsələsinin həll olunduğu bu savaşda möhtəşəm Qələbənin qazanılmasından ötən beş il Azərbaycanın çağdaş tarixində xüsusi yer tutur. Bu Qələbə təcavüzkar Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoymaqla yanaşı, həm də xalqımızın milli dövlətçiliyinin gücünü, iradəsini, əzmini bütün dünyaya nümayiş etdirdi. Həm hərbi, həm siyasi, həm də diplomatik sahədə əldə edilmiş bu tarixi Zəfər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu qat-qat artırdı və nəinki Cənubi Qafqaz regionunda, bütövlükdə dünyada yeni reallıqlar yaratdı.
44 günlük Vətən Müharibəsi yalnız hərbi deyil, həm də diplomatik cəbhədə ciddi sınaqlar yaratdı. Ermənistan müxtəlif vasitələrlə beynəlxalq aləmdən dəstək almağa, Azərbaycanın haqlı mübarizəsini kölgədə qoymağa çalışırdı. Bu şəraitdə Azərbaycan Prezidenti balanslı siyasəti, qətiyyətli arqumentləri və diplomatik çevikliyi ilə ölkəmizin mövqeyini yüksək səviyyədə qorumağı bacardı. Savaş günlərində Türkiyə ilə qardaşlıq münasibətlərinin gücləndirilməsi Azərbaycanın ən mühüm üstünlüklərindən biri oldu.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri Azərbaycan üçün güclü diplomatik dayağa çevrildi. Türkiyə və digər dost dövlətlərin açıq dəstəyi həm Ermənistanı, həm də ona himayədarlıq edən qüvvələri geri çəkilməyə məcbur etdi. Vətən Müharibəsinin gedişində Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr informasiya müharibəsində də Azərbaycanın qələbəsini təmin etdi. Bu müsahibələrdə dövlətimizin başçısı faktlara əsaslanaraq Ermənistanın işğalçı siyasətini ifşa edir, ölkəmizin beynəlxalq hüquqa uyğun mövqeyini dəqiq arqumentlərlə əsaslandırırdı. Bu yanaşma nəticəsində dünya ictimaiyyəti Azərbaycanın haqlı mübarizəsini qəbul etdi, Ermənistan isə beynəlxalq müstəvidə təcrid olundu.
Vətən Müharibəsindəki tarixi Qələbəmizdən ötən 5 ildə cərəyan edən hadisələr belə bir mühüm reallığı ortaya qoyur ki, düzgün siyasi xətt, güclü ordu və xalq-iqtidar birliyi ilə ən mürəkkəb məsələlər belə həll oluna bilər. 44 günlük Vətən Müharibəsində tarixi Qələbəmiz Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə onilliklər boyu həyata keçirilən strateji siyasətin məntiqi yekunudur. Azərbaycanın yaratdığı yeni reallıqlar regionun gələcəyinə yön verən əsas amillərdəndir. Azad edilmiş ərazilərdə həyatın bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası və yeni regional əməkdaşlıq formatlarının formalaşdırılması, xüsusilə 5 il bundan əvvəl separatizmin və terrorçuluğun meydan suladığı, bu gün isə artıq tarixi sahibinə qovuşmuş azad Şuşada, Xankəndidə, Ağdamda, Zəngilanda, Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun digər guşələrində mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, bu bölgələrdən dünyaya sülh, təhlükəsizlik və əməkdaşlıq mesajlarının ünvanlanması Vətən Müharibəsində qazandığımız möhtəşəm Qələbənin davamıdır. Tarixi ədalətin, milli qürurun bərpası, ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması Azərbaycan tarixində ən böyük nailiyyətlərdən biri kimi əbədi qalacaqdır.

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb.
Yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib.Yaşasın Azərbaycan !

Həsən Mərdiyev, fəxri həkim,ümumi cərrah

Paylaş:
Digər xəbərlər

Gündəm

27-10-2025, 00:14

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Dünya

15-10-2025, 00:27

Dünyanın ən güclü pasportu bu ölkələrə aiddir – Siyahı

Gündəm

14-10-2025, 07:25

Bu şəxslər yenidən hərbi xidmətə çağırılır

Siyasət

14-10-2025, 02:08

Tramp İlham Əliyev haqda: “O, çox güclü liderdir”

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Bugün, 01:05
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
  • 1-09-2026, 10:58
    Rəşid Behbudovun qızı maraqlı paylaşım edib
  • 1-09-2026, 10:51
    Bakıda mənzillərin qiyməti sürətlə qalxır, Rusiyadan gələnlər çoxdur
  • 1-09-2026, 09:58
    Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
  • 1-09-2026, 09:54
    Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
  • 1-09-2026, 09:36
    Deputatın professor olan qudası ittihamları qəbul etmir – QƏRAR
  • 1-09-2026, 09:24
    Messi futbol oynamayacaq...
  • 1-09-2026, 09:19
    Ramiz Mehdiyevə yeni ittiham elan olundu
  • 1-09-2026, 09:17
    "Etalon" hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
  • 1-09-2026, 09:09
    Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır?
  • 25-08-2026, 09:24
    Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
  • 25-08-2026, 08:59
    Köhnə pulları baha qiymətə alırlar ?
  • 25-08-2026, 08:57
    "Aqrarkredit"in sabiq sədri barədə qalmaqal böyüyür
  • 25-08-2026, 01:45
    Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
  • 25-08-2026, 01:23
    Prezidentin Özbəkistan səfərindən - Görüntülər
  • 25-08-2026, 01:21
    Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
  • 25-08-2026, 01:13
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • 19-08-2026, 00:15
    Son 5 ildə Azərbaycanda doğum sayı kəskin azalıb – Statistika
  • 18-08-2026, 23:52
    Ebru Gündeş 10 yaş cavanlaşmaq üçün 200 min dollar ödədi
  • 18-08-2026, 23:46
    İspaniyada zəlzələ ba.verib
  • 17-08-2026, 09:45
    Natavan Əmirova qanunsuz estetik əməliyyatlar həyata keçirir...
  • 16-08-2026, 09:52
    Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur
  • 16-08-2026, 09:48
    Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı
  • 16-08-2026, 09:46
    Xəstələrini öldürüb sərvətlərinə sahib çıxırdı – 70 ilin açılmayan sirri
  • 16-08-2026, 09:39
    Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
  • 16-08-2026, 09:36
    “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
  • 16-08-2026, 09:34
    Tanınmış jurnalist 36 yaşında VƏFAT ETDİ
  • 16-08-2026, 01:12
    Ən savadlı insanlar bu şəhərdən çıxır - SİYAHI YAYILDI
  • 15-08-2026, 14:32
    Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı
  • 15-08-2026, 14:29
    Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
  • 13-08-2026, 14:28
    "OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
  • 13-08-2026, 12:54
    Avtosalon "088 CARS" dələduzluqla məşğuldur..
  • 13-08-2026, 10:38
    "Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
  • 9-08-2026, 18:14
    Çingiz Əlioğlu vəfat etdi
  • 9-08-2026, 12:54
    Jurnalis Bakı-Tbilisi bilet fırıldağını ifşa etdi- "Biabırçılığı,.."
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə