Xətai rayonunda qanunsuz tikilən obyektlər barədə kifayət qədər yazılıb. Lakin bu "obyektlərin kimə məxsus olması barədə məlumat çox azdır.
Redaksiyamıza daxil olan mənbədə bildirilir ki,Əhmədli metrostansiyasının üstündə parkın içində bir neçə mağaza tikilib və icarəyə verilib.Aldığımız məlumata görə həmin mağazalar Polad orucov adlı sahibkara məxsusdur.
Onu da qeyd edək ki, sahibkarın Xətai rayonunda müxtəlif ərazilərdə onlarla mağazası,avtoservisi fəaliyyət göstərir. Lakin bu " obyekt"-lərin şəffaf işləməsi şübhə altındadır.
Belə ki, vergidən yayınma hallarının ,əmək müqaviləsi olmayan şəxslərin işləməsi iddia olunur.
Məlumatda bildirilir ki, icarə müqaviləsi aşağı qiymətlə yazılır, realda isə icarə haqqı 2 və ya 3 dəfə çoxdur. Bu da vergidən yayınmaq deməkdir.
Aidiyyatı qurumlara müraciət edirik ki, mövzunu diqqətdə saxlasınlar, yaxında əlavə məlumat verəcəyik.
Məsələyə münasibət bildirmək üçün sahibkar Polad Orucovla əlaqə saxladıq, lakin telefonlara cavab vermədi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.