• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Bağışlanmış cinayət – təmiz reputasiya deyil”

Gündəm

4-05-2026, 09:22

Azərbaycanda dövlət idarəçiliyində şəffaflıq, məsuliyyət və etimad prinsipləri əsas götürülməlidir. Xüsusilə də dövlətə məxsus qurumlarda və strateji sahələrdə rəhbər vəzifələrə təyinat zamanı keçmiş fəaliyyət, hüquqi status və ictimai etibar əsas meyar olmalıdır. Lakin Kənd Təsərrüfatı Nazirliyində son təyinat göstərir ki, bu prinsiplər hər zaman gözlənilmir.Mediatvaz.com xəbər verir ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Qarabağ Regional İdarəsində baş verən kadr dəyişiklikləri ciddi suallar doğurur. Vaxtilə korrupsiya xarakterli əməllərə görə işdən uzaqlaşdırılmış və barəsində cinayət işi açılmış Çərkəz Şirinovun yenidən rəhbər vəzifəyə – rəis müavini postuna gətirilməsi təkcə hüquqi yox, həm də mənəvi baxımdan mübahisəlidir.Redaksiyamıza daxil olan məlumata görə Çərkəz Şirinovun təyinatı nazir Məcnun Məmmədovdan gizlin həyata keçirilib.Hazırda “Azəraqrar”da kadr təyinatlarına direktor Hikmət Hüseynovun müavinləri Həsən Abdullayevlə və Fəxrəddin Qəhrəmanov nəzarət edir.
Bizimesr.com-un yaydığı məlumatda bildirilir ki, Həsən Abdullayev Prezident Administrasiyasında çalışan qohumu vasitəsilə, Fəxrəddin Qəhrəmanov isə nazir Məcnun Məmmədovun hərbi xidmətdə komandiri olduqlarını tez-tez xatırlatmaqla direktor Hikmət Hüseynovu təsirləri altında saxlayırlar.Direktoru təsiri altında saxlayan Fəxrəddin Qəhrəmanov bu vəziyyətdən “sui istifadə” edərək artıq “öz maraqları” çərçivəsində bir çox kadrları qurumda yerləşdirməklə məşğuldur. Məsələ ondadır ki, Çərkəz Şirinov cinayət məsuliyyətindən azad edilsə də, bu, onun günahsız olması demək deyil. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, müəyyən cinayətləri törətmiş şəxs zərərçəkmişlə barışdıqda, dəymiş ziyanı ödədikdə və əlavə olaraq dövlət büdcəsinə 25 faiz ödəniş etdikdə məsuliyyətdən azad edilə bilər. Bu norma hüquqi humanizm prinsipinə xidmət edir, lakin heç bir halda həmin şəxsin törətdiyi əməli “yox saymır”. Başqa sözlə, qanun bu cür şəxsləri cəzadan azad edir, lakin məsuliyyətdən və reputasiya yükündən yox. Belə olan halda, vaxtilə rəhbərlik etdiyi qurumda idarəetməni şəxsi maraqlara tabe etdiyinə dair iddialar səslənmiş, cinayət işi açılmış bir şəxsin yenidən vəzifəyə qaytarılması cəmiyyət üçün hansı mesajı verir? Bu addım dürüst çalışan kadrlara qarşı haqsızlıq deyilmi? Kənd Təsərrüfatı strukturlarında təmiz kadr siyasəti harada qalır? Ən təhlükəli məqam isə odur ki, bu cür şəxslər keçmişlərini “bağışlanmış səhv” kimi təqdim edərək özlərini yenidən “təmiz” göstərməyə çalışırlar. Halbuki ictimai etimad sadəcə hüquqi qərarla bərpa olunmur – bu, uzunmüddətli və şəffaf fəaliyyət tələb edir. Rayon ictimaiyyəti isə artıq bu kimi hallara fərqli yanaşır. İnsanlar yaxşı anlayır ki, bəzi şəxslərin yenidən vəzifəyə can atması cəmiyyətə xidmət yox, şəxsi maraqların təminidir. Dövlət vəzifəsi isə imtiyaz mənbəyi deyil – məsuliyyət yüküdür. Əgər Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyində real islahatlar aparılacaqsa, belə təyinatlara ciddi hüquqi və ictimai qiymət veriləcəkdir. Əks halda, “keçmişi problemli” kadrların geri dönüşü nazirliyin özünə inamı sarsıtmağa davam edəcək.Unutmaq olmaz: qanun kimisə azad edə bilər, amma cəmiyyət hər şeyi yadda saxlayır.Qeyd edək ki, KTN-nin Auidit İdarəsi “Azəraqrar”-da apardığı yoxlamada Fəxrəddin Qəhrəmanovun nəzarət etdiyi texnikalarla bağlı yoxlama aparmayıb. Bu barədə növbəti araşdırmamızda.
Qarşı tərəfin cavab haqqını tanıyırıq

Paylaş:
Digər xəbərlər

Gündəm

20-04-2026, 09:19

Tovuz İcra Hakimiyyəti və “gizli qalib”: “PRODSALE” MMC ətrafında suallar artır - FOTOFAKT

Gündəm

4-03-2026, 00:56

Məhkumluqdan rəhbər vəzifəyə: “Bakılift-2”də qanunlar kimə şamil olunur?

Gündəm

1-02-2026, 23:22

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Gündəm

2-01-2026, 21:25

TƏBİB-də səhv kadr siyasəti: SƏHİYYƏ SİSTEMİNİ İFLİC EDƏN TƏYİNATLAR

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • 25-07-2026, 02:18
    Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
  • 25-07-2026, 02:04
    Bakıda skuterlərlə bağlı yeni PROBLEM - VİDEO
  • 25-07-2026, 01:48
    Azərbaycanda iki məktəb müəllimi dünyasını dəyişib.
  • 25-07-2026, 01:46
    Növbə onlara çatdı,Məmməd Musayevin başı dərddə...
  • 25-07-2026, 01:40
    İki prokuror vəzifədən azad edildi
  • 22-07-2026, 07:12
    Sumqayıt "Bağça Şəhər" də su problemi . ŞİKAYƏT
  • 22-07-2026, 07:09
    Nazirlik Tahir Kazımova hakim pensiyası vermədi, məhkəmədə uduzdu
  • 19-07-2026, 02:16
    Səhlənkarlıqdan xəstəsi ölən Rəşad həkiM - 3 il müddətinə...
  • 17-07-2026, 02:53
    Flora Kərimova ilə bağlı üzücü xəbər
  • 17-07-2026, 02:46
    Vurdurduğu dolğu bədəninə yayıldı - Vəziyyəti ağırdır
  • 17-07-2026, 02:45
    Hüseyndən Zaura: "Pulumu qaytar, 1500 manat göndərmişəm" - FOTO
  • 15-07-2026, 09:17
    “Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
  • 15-07-2026, 08:58
    Estetiksiz qadın, yoxsa təbii dondurma?
  • 14-07-2026, 01:16
    Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
  • 14-07-2026, 01:09
    Prezidentin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu keçirilib
  • 14-07-2026, 01:04
    Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs edildi
  • 14-07-2026, 00:25
    Stomatoloq Mehmet Əliyevə 1900 manat ödəyib dişləri düzəlmir - ŞİKAYƏT
  • 14-07-2026, 00:10
    "Qurtuluş-93" də qanunsuz söküntü,tikinti işləri aparılır
  • 13-07-2026, 01:53
    Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu
  • 10-07-2026, 23:50
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • 10-07-2026, 23:47
    Lökbatanda tikilən binalarrın pulları... – Arzu Kazımov şəriklərini belə “udur”
  • 9-07-2026, 09:19
    “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı
  • 9-07-2026, 09:09
    "Moskva " Ticarət Mərkəzinin uçmaq təhlükəsi..İDDİA
  • 9-07-2026, 02:24
    Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
  • 9-07-2026, 02:04
    Keçmiş YAP sədri saxlanıldı,korrupsiya...
  • 8-07-2026, 21:14
    Milan Hospitalda həkimlər xəstələrə problem yaradır.
  • 8-07-2026, 02:39
    Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - VİDEO
  • 8-07-2026, 02:30
    Səbuhi Rəcəbin cəzası ağırlaşdırıldı, Elman Mirzəyev azadlığa çıxdı
  • 8-07-2026, 02:16
    Məşhur mağazalardan 4345 AZN-lik paltar oğurlayan qadına HÖKM ÇIXARILDI
  • 8-07-2026, 02:14
    Bu institut ləğv edilir - Prezident qərar verdi
  • 8-07-2026, 02:13
    Barəsində cinayət işi açılan və Heydərovlara bağlı şirkət kapitalını yenə azaldır
  • 8-07-2026, 02:03
    Azərbaycanda hakim özü-özünə etiraz etdi
  • 8-07-2026, 01:51
    Müəllimlər kütləvi etiraza başladı - AHİK müraciətləri əsassız rədd edir -Foto
  • 8-07-2026, 01:46
    Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
  • 8-07-2026, 01:44
    Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə