• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tovuz İcra Hakimiyyəti və “gizli qalib”: “PRODSALE” MMC ətrafında suallar artır - FOTOFAKT

Gündəm

20-04-2026, 09:19


23-03-2026, 15:30
Tovuz İcra Hakimiyyəti və “gizli qalib”: “PRODSALE” MMC ətrafında suallar artır - FOTOFAKT
Son dövrlər dövlət satınalmaları sahəsində şəffaflıq məsələləri yenidən ictimai müzakirə mövzusuna çevrilib. Bu kontekstdə Tovuz Rayon İcra Hakimiyyəti ilə “PRODSALE” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilə xüsusi diqqət çəkir və bir sıra ciddi suallar doğurur.

Xeberpost bildirir ki,"DogruXeber.tv"nin məlumatına görə, sözügedən müqavilə Novruz bayramı şənliyinin təşkili məqsədilə bağlanıb. Müqavilənin ümumi dəyəri 17.582 AZN təşkil edir və satınalma “bir mənbə” üsulu ilə həyata keçirilib. Halbuki, Novruz kimi əvvəlcədən planlaşdırılan tədbirlər üçün açıq tender keçirilməsi həm mümkün, həm də qanunvericiliyin ruhuna daha uyğun olardı. Bu baxımdan rəqabətli mühitin təmin edilməməsi ilk şübhəli məqam kimi ortaya çıxır.


Tovuz İcra Hakimiyyəti və “gizli qalib”: “PRODSALE” MMC ətrafında suallar artır - FOTOFAKT


Daha ciddi məqam isə tarixlərlə bağlıdır. Belə ki, işlərin başlanma tarixi 18 mart 2026-cı il göstərildiyi halda, müqavilə yalnız 21 mart tarixində rəsmiləşdirilib. Yəni faktiki olaraq işlər müqavilə imzalanmadan əvvəl başlayıb. Bu isə satınalma prosedurlarının pozulması və əvvəlcədən razılaşdırılmış işlərin sonradan sənədləşdirilməsi ehtimalını gücləndirir.

Müqavilənin müddəti də ayrıca sual doğurur. Qısa müddətli bayram tədbiri üçün nəzərdə tutulan xidmətin bitmə tarixinin 29 dekabr 2026-cı ilə qədər uzadılması məntiqsiz görünür. Bu, ya xidmətin mahiyyətinin tam açıqlanmadığını, ya da müqaviləyə əlavə, lakin göstərilməyən xərclərin daxil edildiyini ehtimal etməyə əsas verir.

Ən diqqətçəkən və narahatedici məqam isə podratçı şirkət – “PRODSALE” MMC ilə bağlıdır. Açıq mənbələrdə bu şirkət haqqında demək olar ki, heç bir məlumat yoxdur. Nə rəsmi fəaliyyəti, nə ixtisaslaşması, nə də həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq informasiya mövcuddur.

Xatırladaq ki, hələ 2023-cü ildə adı çəkilən bu şirkət cəmi 2 ay yarım əvvəl – yanvar ayında yaradılmışdı və nizamnamə kapitalı sadəcə 10 manat təşkil edirdi. Buna baxmayaraq, elə həmin dövrdə Tovuz Rayon İcra Hakimiyyətinin təxminən 132 min manatlıq tenderinin qalibi olmuşdu. Diqqətçəkən digər məqam isə odur ki, həmin tender də məhz tədbir təşkili ilə bağlı idi.

Daha sonra, 2025-ci ilin oktyabr ayında eyni şirkətin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təchizat İdarəsinə 9500 manatlıq dövlət bayraqları satdığı barədə məlumat yayılıb. Beləliklə, “PRODSALE” MMC-nin həm tədbir təşkili, həm də müxtəlif təchizat sahələrində “qalib” olması onun real fəaliyyət istiqaməti ilə bağlı ciddi suallar yaradır.

Araşdırmalar göstərir ki, bu şirkətin adı internetdə cəmi üç yerdə keçir və onların hamısında tender qalibi kimi təqdim olunur. Maraqlıdır ki, bu üç haldan ikisi məhz Tovuz Rayon İcra Hakimiyyətinin sifarişləri ilə bağlıdır. Bu fakt isə müəyyən bir tendensiyanın və ya əlaqələrin mövcudluğu ehtimalını daha da gücləndirir.

Bütün bunların fonunda əsas suallar açıq qalır: “PRODSALE” MMC hansı fəaliyyətlə məşğuldur? Bu şirkətin texniki və maliyyə imkanları necə qiymətləndirilib? Niyə müxtəlif sahələr üzrə dövlət sifarişləri məhz bu şirkətə həvalə olunur? Və ən əsası, niyə bu şirkət və onun fəaliyyəti barədə məlumatlar ictimaiyyət üçün faktiki olaraq qapalı saxlanılır?

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaflıq və hesabatlılıq prinsiplərinin qorunması baxımından bu suallara aydınlıq gətirilməsi vacibdir.

Qeyd: Hazırkı müqavilə və apardığımız araşdırma qeyri-iş gününə təsadüf etdiyindən aidiyyəti qurumlara rəsmi sorğu ünvanlamaq imkanımız olmayıb. Lakin bu da danılmaz reallıqdır ki, bir çox hallarda dövlət qurumları məhz bu tip sorğuları cavabsız qoyur və bununla da mətbuatın suallarının cavablandırılması ilə bağlı qanunvericiliyin müvafiq tələblərini pozurlar.

Mövzunu diqqətdə saxlayırıq və qeyd olunan məsələlərlə bağlı rəsmi qurumların açıqlamalarını gözləyirik. Eyni zamanda bildiririk ki, “DogruXeber.tv” adı çəkilən bütün tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırdır.

Paylaş:
Digər xəbərlər

Gündəm

8-04-2026, 20:29

Azərbaycanın ilk elmlər doktoru praktik arxeoloq qadını və Naxçıvanın ilk arxeoloq qadını

Gündəm

14-02-2026, 17:15

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır - NƏLƏRİ VARMIŞ, NƏLƏRİ...

Gündəm

1-02-2026, 23:22

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Gündəm

25-12-2025, 20:16

Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • 1-09-2026, 10:58
    Rəşid Behbudovun qızı maraqlı paylaşım edib
  • 1-09-2026, 10:51
    Bakıda mənzillərin qiyməti sürətlə qalxır, Rusiyadan gələnlər çoxdur
  • 1-09-2026, 09:58
    Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
  • 1-09-2026, 09:54
    Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
  • 1-09-2026, 09:36
    Deputatın professor olan qudası ittihamları qəbul etmir – QƏRAR
  • 1-09-2026, 09:24
    Messi futbol oynamayacaq...
  • 1-09-2026, 09:19
    Ramiz Mehdiyevə yeni ittiham elan olundu
  • 1-09-2026, 09:17
    "Etalon" hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
  • 1-09-2026, 09:09
    Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır?
  • 25-08-2026, 09:24
    Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
  • 25-08-2026, 08:59
    Köhnə pulları baha qiymətə alırlar ?
  • 25-08-2026, 08:57
    "Aqrarkredit"in sabiq sədri barədə qalmaqal böyüyür
  • 25-08-2026, 01:45
    Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
  • 25-08-2026, 01:23
    Prezidentin Özbəkistan səfərindən - Görüntülər
  • 25-08-2026, 01:21
    Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
  • 25-08-2026, 01:13
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • 19-08-2026, 00:15
    Son 5 ildə Azərbaycanda doğum sayı kəskin azalıb – Statistika
  • 18-08-2026, 23:52
    Ebru Gündeş 10 yaş cavanlaşmaq üçün 200 min dollar ödədi
  • 18-08-2026, 23:46
    İspaniyada zəlzələ ba.verib
  • 17-08-2026, 09:45
    Natavan Əmirova qanunsuz estetik əməliyyatlar həyata keçirir...
  • 16-08-2026, 09:52
    Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur
  • 16-08-2026, 09:48
    Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı
  • 16-08-2026, 09:46
    Xəstələrini öldürüb sərvətlərinə sahib çıxırdı – 70 ilin açılmayan sirri
  • 16-08-2026, 09:39
    Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
  • 16-08-2026, 09:36
    “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
  • 16-08-2026, 09:34
    Tanınmış jurnalist 36 yaşında VƏFAT ETDİ
  • 16-08-2026, 01:12
    Ən savadlı insanlar bu şəhərdən çıxır - SİYAHI YAYILDI
  • 15-08-2026, 14:32
    Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı
  • 15-08-2026, 14:29
    Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
  • 13-08-2026, 14:28
    "OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
  • 13-08-2026, 12:54
    Avtosalon "088 CARS" dələduzluqla məşğuldur..
  • 13-08-2026, 10:38
    "Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
  • 9-08-2026, 18:14
    Çingiz Əlioğlu vəfat etdi
  • 9-08-2026, 12:54
    Jurnalis Bakı-Tbilisi bilet fırıldağını ifşa etdi- "Biabırçılığı,.."
  • 9-08-2026, 12:42
    Daha bir neçə özəl universitet bağlana bilər - AÇIQLAMA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə