• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Saleh Məmmədov 1 ilə 176 milyon artıq vəsait xərcləyib - Rəsmi

Gündəm

22-04-2026, 07:59


Avtomobil yolları üzrə vəsaitlərin idarə olunmasında nöqsanlar var.

Xeberpost Report-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” bülletenində bildirilib.

Sənədə əsasən, audit zamanı avtomobil yollarına ayrılan vəsaitlərin effektivliyi təhlil olunub. Müqayisə nəticəsində müəyyən edilib ki, 2024-cü ildə (piyada keçidləri, tunellər, körpülər və yol ötürücüləri nəzərə alınmadan) 1 kilometr yol üçün orta hesabla 17 012 manat vəsait ayrılıb. Bu göstərici 2023-cü ildəki 17 037 manatla müqayisədə demək olar ki, dəyişməyib.

Eyni zamanda, 2024-cü ildə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun gəlirlərini formalaşdıran mənbələr üzrə daxilolmaların ümumi məbləği 330 milyon manat proqnoza qarşı 506,43 milyon manat və yaxud 153,5 % səviyyəsində icra olunub ki, bu da 176,4 milyon manat artıq vəsait deməkdir.

Auditdə qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) maliyyə fəaliyyətində, xüsusilə xərclər smetasının planlaşdırılması və icrası sahəsində çatışmazlıqlar mövcuddur.

Belə ki, maliyyə vəsaitlərinin idarə olunması zamanı Vergi Məcəlləsinin, eləcə də Maliyyə Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş mühasibat uçotu qaydalarının tələblərinə tam əməl olunmayıb. Xərclərin gəlirdən çıxılan (əməliyyat xərcləri) və çıxılmayan (kapitallaşdırılmalı xərclər) istiqamətlər üzrə düzgün qruplaşdırılması təmin edilməyib. Bu isə maliyyə uçotunun beynəlxalq standartlara uyğun aparılmasında problemlərin olduğunu göstərir.

Bundan əlavə, Agentlik 2024-cü ilin xərclər smetasında və müvafiq qaydalarda nəzərdə tutulmadığı halda məqsədli büdcə fondunun vəsaitləri hesabına 19 milyon 599,5 min manatı bank kreditləri üzrə ödənişlərə yönəldib. Auditə görə, bu yanaşma avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, eləcə də təhkim zolaqlarının saxlanılması və təmiri ilə bağlı xərclərin qarşılanmasında məhdudiyyətlər yaradıb, eyni zamanda dövlət büdcəsinin borclarla bağlı hesabatlılığında uyğunsuzluqlara səbəb olub.

Qeyd olunub ki, ümumilikdə bu sahədə vəsaitlərin planlaşdırılması və icrası istiqamətində zəruri tədbirlərin tam həyata keçirilməməsi maliyyə idarəçiliyinin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Xatırladaq ki, Saleh Məmmədov 2017-2026-cı illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri olub.

Paylaş:
Digər xəbərlər

Gündəm

10-04-2026, 22:11

Sabiq agentlik sədri açıqladı - “Pullar Seymur Talıbova çatırdı”

Gündəm

7-02-2026, 02:02

Prezidentin işdən azad etdiyi qurum rəhbəri kimdir? - DOSYE

Gündəm

25-01-2026, 22:10

Sumqayıtda icra başçısının qardaşına məxsus olduğu deyilən Obyektlərdə nələr baş verir ?

Gündəm

30-12-2025, 20:47

Azərbaycanda yanacağın qiyməti artırılıb.

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • 25-07-2026, 02:18
    Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
  • 25-07-2026, 02:04
    Bakıda skuterlərlə bağlı yeni PROBLEM - VİDEO
  • 25-07-2026, 01:48
    Azərbaycanda iki məktəb müəllimi dünyasını dəyişib.
  • 25-07-2026, 01:46
    Növbə onlara çatdı,Məmməd Musayevin başı dərddə...
  • 25-07-2026, 01:40
    İki prokuror vəzifədən azad edildi
  • 22-07-2026, 07:12
    Sumqayıt "Bağça Şəhər" də su problemi . ŞİKAYƏT
  • 22-07-2026, 07:09
    Nazirlik Tahir Kazımova hakim pensiyası vermədi, məhkəmədə uduzdu
  • 19-07-2026, 02:16
    Səhlənkarlıqdan xəstəsi ölən Rəşad həkiM - 3 il müddətinə...
  • 17-07-2026, 02:53
    Flora Kərimova ilə bağlı üzücü xəbər
  • 17-07-2026, 02:46
    Vurdurduğu dolğu bədəninə yayıldı - Vəziyyəti ağırdır
  • 17-07-2026, 02:45
    Hüseyndən Zaura: "Pulumu qaytar, 1500 manat göndərmişəm" - FOTO
  • 15-07-2026, 09:17
    “Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
  • 15-07-2026, 08:58
    Estetiksiz qadın, yoxsa təbii dondurma?
  • 14-07-2026, 01:16
    Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
  • 14-07-2026, 01:09
    Prezidentin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu keçirilib
  • 14-07-2026, 01:04
    Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs edildi
  • 14-07-2026, 00:25
    Stomatoloq Mehmet Əliyevə 1900 manat ödəyib dişləri düzəlmir - ŞİKAYƏT
  • 14-07-2026, 00:10
    "Qurtuluş-93" də qanunsuz söküntü,tikinti işləri aparılır
  • 13-07-2026, 01:53
    Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu
  • 10-07-2026, 23:50
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • 10-07-2026, 23:47
    Lökbatanda tikilən binalarrın pulları... – Arzu Kazımov şəriklərini belə “udur”
  • 9-07-2026, 09:19
    “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı
  • 9-07-2026, 09:09
    "Moskva " Ticarət Mərkəzinin uçmaq təhlükəsi..İDDİA
  • 9-07-2026, 02:24
    Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
  • 9-07-2026, 02:04
    Keçmiş YAP sədri saxlanıldı,korrupsiya...
  • 8-07-2026, 21:14
    Milan Hospitalda həkimlər xəstələrə problem yaradır.
  • 8-07-2026, 02:39
    Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - VİDEO
  • 8-07-2026, 02:30
    Səbuhi Rəcəbin cəzası ağırlaşdırıldı, Elman Mirzəyev azadlığa çıxdı
  • 8-07-2026, 02:16
    Məşhur mağazalardan 4345 AZN-lik paltar oğurlayan qadına HÖKM ÇIXARILDI
  • 8-07-2026, 02:14
    Bu institut ləğv edilir - Prezident qərar verdi
  • 8-07-2026, 02:13
    Barəsində cinayət işi açılan və Heydərovlara bağlı şirkət kapitalını yenə azaldır
  • 8-07-2026, 02:03
    Azərbaycanda hakim özü-özünə etiraz etdi
  • 8-07-2026, 01:51
    Müəllimlər kütləvi etiraza başladı - AHİK müraciətləri əsassız rədd edir -Foto
  • 8-07-2026, 01:46
    Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
  • 8-07-2026, 01:44
    Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə