Qızıl bahalaşıb "od qiyməti"nə oldu - Bazarda son vəziyyət - VİDEO
Gündəm
30-01-2026, 01:36
Qızılın qiyməti yenə rekordu təzələdi. Bir günə qızılın qramında azı 10-15 manat fərq yaranıb. Xeberpost Xəzər TV-yə istinadən bildirir ki, hazırda bazarda türk qızılının qramı 220 – 230 manata, italiya qızılının qramı 300 manata, rus qızılının qramı isə 190 – 195 manata təklif edilir.
Satıcılar deyir ki, 1 ay əvvəl 3000 manata satdıqları qızıl dəstinin qiyməti indi 1500 manat artaraq 4500 manata çatıb.
Görünür artım satıcıları da narahat edir. Belə ki, alıcılıq səviyyəsinin xeyli aşağı düşdüyü deyilir.