Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 saylı hərbi hissədə qeydiyyatda olan, Nizami rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də faktiki yaşayan Bəşirov Elxan Bəşir oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, İqtisadiyyat naziri M.Cabbarova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya, digər aidiyyatı dövlət qurumlarına və media orqanlarına çoxsaylı vətəndaşlara qarşı törətdiyi dələduzluq əməllərinə görə 5 il şərti cəzaya məhkum olmuş “İnşaat Konstruksiyalar” MMC-nin direktoru Rauf Əhmədov və dəstəsinin əməlləri barədə müraciət ünvanlanıb.
Müraciətdə deyilir:
Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham ƏLİYEV! Son 8 il ərzində “İnşaat Konstruksiyalar” MMC-nin başımıza gətidyi qanunsuz hərəkətlərdən və süründürməçiliklərdən bezərək son ümid yeri kimi Sizə müraciət etməkdə görürük.
Mən, Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmiş, yaralanmış və sağalmışam Müharibə iştirakçısıyam və hazırda ehtiyata buraxılan zabitəm. Müharibə dövüründə sağlamlığımı müəyyən qədər itirdiyimə görə vaxtaşırı dərmanlara ehtiyac olur. Budur, mən də Azərbaycan vətəndaşı olaraq övladlarım üçün qonum-qonşudan borc alıb mənzil problemimin həll edilməsi üçün 2018-ci ilin 10 fevralın əvvəlində üz tutdum “İnşaat Konstruksiyalar” MMC-nin baş direktoru Rauf Əhmədovun ofisinə. İlk öncə 10 fevral 2018-ci il tarixində bağladığımız müqaviləyə görə
MMC-nin direktoru olan Rauf Əhmədovla 3 otaqlı mənzil üçün tələb olunan ilkin ödənişi 5000 manat məbləği verib mənzil almaq üçün müqavilə bağlamışam. Budur, bir neçə il öncə öyrəndim ki, mənə müqavilə əsasında verilən, yəni, Nizami rayonu, M.Abbasov küçəsi, məhəllə 25 38 ünvanda, 16-cı mərtəbə, ümumi sahəsi 133.74 olan,71 N-li mənzil digər şəxsə satılıb.
Maraqlı burasıdır ki, “İnşaat Konstruksiyalar” MMC-nin direktoru R.Əhmədov2021-ci ildə məni dəvət etmiş və müxtəlif bəhanələr uyduraraq mənzilin digər yerdə şəhərin mərkəzinə yaxın olan yerdə verəcəyini vəd edərək müqaviləni təzələməyi təklif etmişdir.
Mən ödədiyim pulların batmaması üçün Raufla məcbur olub razılaşdım Və köhnə müqaviləni 085002 saylı, 21 iyun 2021-ci il tarixli yeni müqavilə ilə əvəz etdik. Dedilər narahat olma, hər şey hazır olan kimi xəbər edəcəyik. Gəlib mənzilinizi təhvil alarsınız. Razılaşdıq. Baş direktor mənə bu dəfə Xətai rayonun Nobel prospekti 13, F.Bayramov, A Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa etdiyi binanın 20-ci mərtəbəsində, ümumi sahəsi 121 kv.m olan, 2 otaqlı, 85 saylı mənzilin dəyərini elə 21 06.2021-ci il tarixdə yeni müqavilə şərtlərinə uyğun olaraq tam ödədiyim ( cəmi 266860 manatı) halda aradan 5 il keçməsinə baxmayaraq yenə məni süründürməçiliyə salaraq mənzilimi bəhanələrlə təqdim etmək istəmir. Hər dəfə bir yalan uydurmaqla peşəkar dələduz kimi məni gözləməyə vadar edir.O hər görüşəndə ( 25 dəfə) gələn həftə mənzili alacağıma söz verirdi. Budur, son günlər isə heç telefonuma belə cavab vermir, Yayınır. Aldığım məlumata gğrə bu adam mənə verilməsi nəzərdə tutulan mənzili digər şəxslərə satıb. Belə olmasaydı 5 il əvvəl 100 % nağd pulunu ödədiyim mənzil niyə mənə vermir?
Doğrudur, mən aidiyyatı üzrə 2022-ci ildə əvvəl hüquq –mühafizə orqanlarına mənə qarşı Rauf Əhmədovun törətdiyi dələduzluq cinayəti barədə rəsmi müraciət etmişdim. Əvvəlcə Korrupsiyaya qarşı Mübarizə İdarəsində müstəntiq Toğrul müəllimin icraatında olmuş və yaxşıca araşdırmağa başlamışdır. Sonda nə oldusa sanki lazımsız bir işə çevrildi. Heç rəsmi cavab da vermədilər. O da mənə sonradan məlum oldu ki, R.Əhmədov mənim kimi 274 vətəndaşa qarşı da mənzil fırıldağı edərək onların pullarını əvvəlcədən almış və mənzillərini verməmişdir.Ona görə də şikayətlərə Bakı Ağır Cuinayətlər Məhkəməsində baxilmış və zərərlərin bir qismi ödənildikdən sonra R.Əhmədova 5 il şərti cəza hokum elan edilmişdir.O zaman məndən xahiş etmişdir ki, məndən şikayətçi olma sənin mənzilini verəcəyəm. Mən də inanmışdım. Lakin o bundan nəticə çıxarmamış və arxalandığı oliqarxlara güvənərək məni 4 ildir ki, yeni müqavilə ilə süründürür. Pulumu da vermir.