Türkiyənin İstanbul şəhərində Sabiha Gökçen Hava Limanına doğru hərəkət edən metro qatarı relsdən çıxıb.
Xeberpost.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlara yerində tibbi yardım göstərilib. Daha sonra onlar xəstəxanaya aparılıb
Hadisənin relsin yoldəyişmə sistemindəki nasazlıq səbəbindən baş verdiyi qeyd edilib.//yeniavaz