2000-ci il təvəllüdlü S.M hoteldə olan zaman Yıldırım İbrahimin başının qarışmasından istifadə edib və onun cibində olan 2000 manatı gizli şəkildə talayıb.
Türkiyə vətəndaşının polisə müraciət etməsindən sonra Cinayət Məcəlləsinin 177.1-ci maddəsi üzrə təqsirli bilinən qadın saxlanılıb. S.M oğurladığı 2000 manatı qarşı tərəfə geri qaytarıb.
Məhkəmənin hökmünə əsasən, 26 yaşlı qadın 9 ay müddətinə azadlıqdan məhrum edilib.