Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, 2022-ci ildə 57 yaşında dünyasını dəyişmiş polkovnik Mayis Orucəliyevin əmlakı müsadirə edilib. Müsadirə edilən əmlakın dəyəri 1 milyon manatdan çoxdur. Maraqlı budur ki, Orucəliyevin əmlakı onun ölümündən 4 il sonra müsadirə olub. Polkovnikin diri - vəzifədəykən dövlət əmlakını oğurladığı ortaya çıxıb. Öldüyü üçün onu cəzalandırmaq mümkün olmayıb. Hərbi Prokurorluğun İstintaq İdarəsi ölən polkovnikin həyat yoldaşını hüquqi varis qismində tanıyıb.
Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham olunan mərhumun həyat yoldaşına miras qoyduğu Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.//Time.tv