• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Lisey direktoru 2 min manat pul tələb edib

Gündəm

17-03-2026, 23:34



Ramiz Mehdiyevin nəvəsinin toyuna görə cəzalandırılmış direktorla bağlı yeni qalmaqal yaranıb.
Bir neçə il əvvəl sərt karantin rejimi tətbiq olunduğu vaxtda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə cəzalandırılan Heydər Əliyev adına Liseyin direktoru Sevinc Orucova ətrafında yeni bir qalmaqal baş verib. O, liseydə tibb bacısı kimi fəaliyyət göstərmiş Aidə Nəsibovanın həbs olunmasını istəyir.
Sevinc Orucova tibb bacısının Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılması üçün məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldırıb.
Direktor şikayətində Aidə Nəsibovanın bu maddələrdə nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməsini istəyib. 1980-ci il təvəllüdlü Aidə Nəsibova Xətai rayonundakı 2 nömrəli Uşaq Poliklinikasında tibb bacısı işləyib. O, liseyə 2018-ci ildə poliklinika tərəfindən tibb bacısı kimi təhkim olunub. 3 dekabr 2025-ci ildə isə poliklinika rəhbərliyinin müvafiq əmri ilə geri çağırılıb.
Direktorla tibb bacısı arasında qalmaqalın səbəbi Aidə Nəsibovanın liseydən geri çağırılması, daha sonra onun müxtəlif media orqanlarına müsahibələr verərək, Sevinc Orucova barədə səsləndirdiyi fikirlərdir. O, bildirib ki, Sevinc Orucovanın əsassız şikayətlərinə görə liseydən geri çağırılıb. Aidə Nəsibova liseyin direktorunu ondan rüşvət tələb etməkdə günahlandırıb.
Onun sözlərinə görə, direktor 2 min manat pul tələb edib. Himayəsində 3 uşaq və xəstə anası olduğunu qeyd edən tibb bacısı bildirib ki, lisey yaşadığı evin yaxınlığında yerləşdirindən ona uyğun idi. O, lisey direktorunu orada təhsil alan uşaqlara psixoloji təzyiq göstərməkdə də ittiham edib. İddia edib ki, uşaqlara aşağı qiymətlər yazılmaqla, onların valideynlərindən pul alınır və qiymətlər düzəldilir.
Xeberpost bildirir ki, Aidə Nəsibova müsahibələrində Sevinc Orucovanın Ramiz Mehdiyevin qohumu olduğunu da əlavə edib. Direktor isə bildirir ki, Aidə Nəsibovanın şikayətində göstərilənlər böhtandır. O məlumatların yayılması isə ictimaiyyət, qohumlar, şagirdlər və valideynlər arasında onun işgüzar nüfuzuna zərbə vurur. Peşə fəaliyyətinin keyfiyyəti barədə mənfi rəy yaranmasına gətirib çıxarır.
2016-cı ildən liseyin direktoru olduğunu qeyd edən Sevinc Orucova əlavə edib ki, tibb bacısı bir müddət əvvəl məktəbin qarşısında avtomobillə onun yolunu kəsib. “Liseyin qarşısında idarə etdiyi avtomobillə yolumu kəsərək, mənim və direktor müavinlərinin 15 dəqiqə liseyə girişinə mane oldu. Buna görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verəndən sonra biz liseyə daxil ola bildik.
Bununla bağlı Xətai rayonu, 37-ci polis bölməsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati icraatın açılması haqqında qərar qəbul edildi. Xətai Rayon Məhkəməsinin 2 fevral 2026-cı il tarixli qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Aidə Nəsibova 75 manat cərimələndi”, - deyə direktor şikayətində qeyd edib.
Aidə Nəsibova böhtan və təhqirə görə cəzalandırılması barədə direktorun şikayətinə məhkəmədə münasibət bildirərkən deyib ki, Sevinc Orucovanın şikayəti əsassızdır. O və vəkili şikayətin icraata götürülməməsini xahiş edib. Xətai Rayon Məhkəməsində hakim Fuad Axundov tərəfləri dinləyəndən sonra lisey direktorunun xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina edib.
Qərarda göstərilib ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Xatırladaq ki, 2020-ci il avqustun 18-də Novxanıda Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakına görə xüsusi karantin rejimi qaydalarını pozması əsası ilə Sevinc Orucovaya Təhsil nazirinin əmri ilə töhmət verilmişdi. //Real Azərbaycan

Paylaş:
Digər xəbərlər

Gündəm

3-03-2026, 00:18

Yasamal Məhkəməsi Səidə Haqverdiyeva ilə bağlı qərarı açıqladı

Gündəm

14-02-2026, 17:15

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır - NƏLƏRİ VARMIŞ, NƏLƏRİ...

Gündəm

1-02-2026, 23:22

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Gündəm

27-10-2025, 00:14

Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Dün, 10:29
    Şirkət rəhbəri şəhid anasına da pul atıb ?
  • Dün, 09:16
    Məhkəmə Afət Fərmanqızına qadağa qoydu
  • Dün, 09:05
    Azərbaycanlı bacı-qardaş Rusiyada qəzada öldü
  • Dün, 09:02
    Prezidentdən yeni təyinatlar
  • 11-09-2026, 01:05
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
  • 1-09-2026, 10:58
    Rəşid Behbudovun qızı maraqlı paylaşım edib
  • 1-09-2026, 10:51
    Bakıda mənzillərin qiyməti sürətlə qalxır, Rusiyadan gələnlər çoxdur
  • 1-09-2026, 09:58
    Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
  • 1-09-2026, 09:54
    Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
  • 1-09-2026, 09:36
    Deputatın professor olan qudası ittihamları qəbul etmir – QƏRAR
  • 1-09-2026, 09:24
    Messi futbol oynamayacaq...
  • 1-09-2026, 09:19
    Ramiz Mehdiyevə yeni ittiham elan olundu
  • 1-09-2026, 09:17
    "Etalon" hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
  • 1-09-2026, 09:09
    Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır?
  • 25-08-2026, 09:24
    Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
  • 25-08-2026, 08:59
    Köhnə pulları baha qiymətə alırlar ?
  • 25-08-2026, 08:57
    "Aqrarkredit"in sabiq sədri barədə qalmaqal böyüyür
  • 25-08-2026, 01:45
    Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
  • 25-08-2026, 01:23
    Prezidentin Özbəkistan səfərindən - Görüntülər
  • 25-08-2026, 01:21
    Bakı İdman Liseyində dələduzluq faktı... - gəlin-qaynana tandemi kimlərə arxalanır?
  • 25-08-2026, 01:13
    Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
  • 19-08-2026, 00:15
    Son 5 ildə Azərbaycanda doğum sayı kəskin azalıb – Statistika
  • 18-08-2026, 23:52
    Ebru Gündeş 10 yaş cavanlaşmaq üçün 200 min dollar ödədi
  • 18-08-2026, 23:46
    İspaniyada zəlzələ ba.verib
  • 17-08-2026, 09:45
    Natavan Əmirova qanunsuz estetik əməliyyatlar həyata keçirir...
  • 16-08-2026, 09:52
    Selena Qomez və anası 1,2 milyon dollarlıq fırıldaqçılıqda ittiham olunur
  • 16-08-2026, 09:48
    Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı
  • 16-08-2026, 09:46
    Xəstələrini öldürüb sərvətlərinə sahib çıxırdı – 70 ilin açılmayan sirri
  • 16-08-2026, 09:39
    Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
  • 16-08-2026, 09:36
    “Amay”da öldürülən şəxs iş adamı imiş - Fotolar
  • 16-08-2026, 09:34
    Tanınmış jurnalist 36 yaşında VƏFAT ETDİ
  • 16-08-2026, 01:12
    Ən savadlı insanlar bu şəhərdən çıxır - SİYAHI YAYILDI
  • 15-08-2026, 14:32
    Emin Ağalarov Sea Breeze-dəki hadisədən yazdı
  • 15-08-2026, 14:29
    Azərbaycanlı müğənni küçədə döyüldü - FOTO
  • 13-08-2026, 14:28
    "OBA" marketdə istifadəyə yararsız dondurmalar satıldığı iddia edilir - Qida ekspertindən açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə