DÇ-2026-nın 1/16 final mərhələsində Almaniya və Paraqvay milli komandaları arasında keçirilən gərgin qarşılaşmanın qalibi penaltilər seriyasında müəyyənləşib.
Xeberpos.info xəbər verir ki, oyunun əsas vaxtı və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Matçda Almaniyanın qolunu 54-cü dəqiqədə Kai Haverts, Paraqvayın qolunu isə 42-ci dəqiqədə Xulio Ensiso vurub.
Qalibi müəyyənləşdirmək üçün təyin olunan penaltilər seriyasında Paraqvay daha dəqiq oynayaraq 4:3 hesabı ilə qalib gəlib və DÇ-2026-nın 1/8 final mərhələsinə yüksəlib.
Beləliklə, turnirin favoritlərindən sayılan Almaniya mundialla erkən vidalaşıb, Paraqvay isə növbəti mərhələyə adını yazdırıb.