Bakıda 20 ilin müəllimi istefa verib
Xətai rayonunda yerləşən 64 nömrəli tam orta məktəbin biologiya müəllimi Aytəkin İmanova istefa ərizəsi yazaraq 20 illik işindən ayrılıb.
O, ərizənin surətini öz sosial media hesabında yayıb.
Xeberpost bildirir ki,bu barədə müəllim sosial şəbəkədə paylaşım edib.
İmanova 20 illik peşə fəaliyyətini köləlik zənciri ilə müqayisə edib və növbəti 20 ilini xilas etmək ümidi ilə işindən ayrıldığını bildirib.
“Yazıb sizə bildirmək istərdim ki, dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi.
“Müəllimlik şərəfli peşədir” kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim.
İndi isə 20 illik köləlik zəncirimi qırmağa cəsarət edirəm. Xahiş edirəm, məni 11 sentyabr 2026-ci il tarixindən öz istəyimlə işdən azad edəsiniz”, - A. İmanovanın məktəb rəhbərliyinə ünvanladığı istefa ərizəsində qeyd olunub.
Paylaşımın altında başqa müəllimlər də oxşar səbəblərdən istefa verdiklərini bildiriblər.
Sizcə, müəllim düz edib?
//hamam times