• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

211 saylı məktəbin müəlliminin adı dələduzluqda hallanır.

Gündəm

24-05-2026, 23:48



Paytaxtın Nəsimi rayonunda yerləşən 211 nömrəli tam orta məktəblə bağlı dəhşətli və kütləvi xarakter daşıyan şikayət müraciətləri və videomüraciətlər daxil olub. Daxil olan iddialar sadəcə bir nəfərin yox, onlarla şəxsin eyni metodla – müəllim adından və təhsil ocağından sui-istifadə edilməklə toruna salındığını, on minlərlə manat vəsaitin mənimsənildiyini ortaya qoyur. İttihamların mərkəzində dayanan şəxslər isə eynidir: 211 nömrəli məktəbin ibtidai sinif müəllimi Məmmədova Nigar Cavid qızı və onun özünü vəkil kimi təqdim edən həyat yoldaşı Məmmədov Tahir Şəmsəddin oğlu.
​Redaksiyamıza videomüraciət ünvanlayan zərərçəkənlərdən biri, elə həmin məktəbin ibtidai sinif müəllimi Musəvi Gülər Mirdamət qızı bildirir ki, həmkarı Nigar Məmmədova onun mənzil probleminin olduğunu öyrəndikdə, həyat yoldaşı Tahir Məmmədovun vəkil olduğunu və MİDA-dan ev almağa kömək edəcəyini vəd edib. Gülər xanım əvvəlcə ev sənədləşdirilməsi, daha sonra isə oğlunu işə düzəltmək adı ilə fərqli vaxtlarda bu şəxslərə cəmi 87 000 manat pul verib. Nəticədə isə nə ev düzəlib, nə iş, nə də pul geri qaytarılıb. Uzunmüddətli tələblərdən sonra Tahir Məmmədov pulun cəmi 10 400 manatını qaytarsa da, qalan böyük məbləği mənimsəyib.
​Digər tükürpədici müraciət isə birinci qrup gözdən əlil olan Zinyət Qurbandan daxil olub. O qeyd edir ki, özünü vəkil kimi təqdim edən Tahir Məmmədov həyat yoldaşı müəllimə Nigar Məmmədovanın vasitəçiliyi ilə onun kredit məsələsini həll etmək adı ilə 3000 manat, onun yaşlı anasından isə MİDA-dan ev almaq üçün ilkin ödəniş adı ilə 2500 manat pul alıb, lakin heç bir iş görməyərək pulu mənimsəyib. Eyni məktəbin şagirdinin valideyni Abduləzizova Zarina Abduləziz qızı da oxşar fırıldağın qurbanı olduğunu deyir. Qızının sinif rəhbəri Nigar Məmmədova valideynin ev problemini bildikdə həyat yoldaşının "vəkil qüdrətinə" arxalanaraq onlardan ümumilikdə 28 000 manat pul alıb və hazırda nə problemi həll edir, nə də pulu geri verir.
​Əldə etdiyimiz məlumatlara görə, bu ər-arvad tərəfindən aldadılan şəxslərin sayısı olduqca çoxdur və zərərçəkənlərin böyük əksəriyyəti məhz 211 nömrəli məktəblə birbaşa əlaqəsi olan müəllimlər, valideynlər və məktəb işçiləridir. Nigar Məmmədova müəllim nüfuzundan və sinif rəhbəri statusundan istifadə edərək insanların etibarını qazanıb, onları inandıraraq həyat yoldaşı Tahir Məmmədovun önünə bir tələ kimi atıb. Bir neçə nəfərdən eyni üsulla, yalan vədlərlə, müəyyən xidmətlər qarşılığında kütləvi şəkildə on minlərlə pul yığılması heç bir halda sadə mülki mübahisə ola bilməz və burada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsinin tərkib hissəsi açıq-aydın görünür.
​"Edliyyeinfo.az" olaraq, Elm və Təhsil Nazirliyini valideynləri və həmkarlarını toruna salmaqda ittiham olunan bir şəxsin hələ də ibtidai sinifdə uşaqlara hansı mənəviyyatla dərs keçdiyini ciddi şəkildə araşdırmağa çağırırıq. Mövzu və daxil olan yeni zərərçəkmiş müraciətləri diqqətimizdədir. Şikayətçilərin videomüraciətlərini oxucularımıza təqdim edirik.

Paylaş:
Digər xəbərlər

Gündəm

1-04-2026, 23:48

Xırdalan 10 nömrəli məktəbdən şikayət var..

Gündəm

14-02-2026, 17:15

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır - NƏLƏRİ VARMIŞ, NƏLƏRİ...

Gündəm

1-02-2026, 23:22

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Gündəm

25-12-2025, 20:16

Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam

Gündəm

19-10-2025, 09:26

Ramiz Mehdiyevin dəstəsində olanların adları açıqlandı - SİYAHI

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • Dün, 02:18
    Satınalma mütəxəssisinin şirkəti "tenderlər kralı"na çevrilir - 3 milyonluq layihə
  • Dün, 02:04
    Bakıda skuterlərlə bağlı yeni PROBLEM - VİDEO
  • Dün, 01:48
    Azərbaycanda iki məktəb müəllimi dünyasını dəyişib.
  • Dün, 01:46
    Növbə onlara çatdı,Məmməd Musayevin başı dərddə...
  • Dün, 01:40
    İki prokuror vəzifədən azad edildi
  • 22-07-2026, 07:12
    Sumqayıt "Bağça Şəhər" də su problemi . ŞİKAYƏT
  • 22-07-2026, 07:09
    Nazirlik Tahir Kazımova hakim pensiyası vermədi, məhkəmədə uduzdu
  • 19-07-2026, 02:16
    Səhlənkarlıqdan xəstəsi ölən Rəşad həkiM - 3 il müddətinə...
  • 17-07-2026, 02:53
    Flora Kərimova ilə bağlı üzücü xəbər
  • 17-07-2026, 02:46
    Vurdurduğu dolğu bədəninə yayıldı - Vəziyyəti ağırdır
  • 17-07-2026, 02:45
    Hüseyndən Zaura: "Pulumu qaytar, 1500 manat göndərmişəm" - FOTO
  • 15-07-2026, 09:17
    “Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
  • 15-07-2026, 08:58
    Estetiksiz qadın, yoxsa təbii dondurma?
  • 14-07-2026, 01:16
    Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
  • 14-07-2026, 01:09
    Prezidentin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu keçirilib
  • 14-07-2026, 01:04
    Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs edildi
  • 14-07-2026, 00:25
    Stomatoloq Mehmet Əliyevə 1900 manat ödəyib dişləri düzəlmir - ŞİKAYƏT
  • 14-07-2026, 00:10
    "Qurtuluş-93" də qanunsuz söküntü,tikinti işləri aparılır
  • 13-07-2026, 01:53
    Argentina yarımfinala çıxdı və İngiltərəyə rəqib oldu
  • 10-07-2026, 23:50
    Xaçmazdakı imtahan saxtakarlığı böyüyür: Nazirlik araşdırmaya başladı – FOTOLAR
  • 10-07-2026, 23:47
    Lökbatanda tikilən binalarrın pulları... – Arzu Kazımov şəriklərini belə “udur”
  • 9-07-2026, 09:19
    “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı
  • 9-07-2026, 09:09
    "Moskva " Ticarət Mərkəzinin uçmaq təhlükəsi..İDDİA
  • 9-07-2026, 02:24
    Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
  • 9-07-2026, 02:04
    Keçmiş YAP sədri saxlanıldı,korrupsiya...
  • 8-07-2026, 21:14
    Milan Hospitalda həkimlər xəstələrə problem yaradır.
  • 8-07-2026, 02:39
    Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - VİDEO
  • 8-07-2026, 02:30
    Səbuhi Rəcəbin cəzası ağırlaşdırıldı, Elman Mirzəyev azadlığa çıxdı
  • 8-07-2026, 02:16
    Məşhur mağazalardan 4345 AZN-lik paltar oğurlayan qadına HÖKM ÇIXARILDI
  • 8-07-2026, 02:14
    Bu institut ləğv edilir - Prezident qərar verdi
  • 8-07-2026, 02:13
    Barəsində cinayət işi açılan və Heydərovlara bağlı şirkət kapitalını yenə azaldır
  • 8-07-2026, 02:03
    Azərbaycanda hakim özü-özünə etiraz etdi
  • 8-07-2026, 01:51
    Müəllimlər kütləvi etiraza başladı - AHİK müraciətləri əsassız rədd edir -Foto
  • 8-07-2026, 01:46
    Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
  • 8-07-2026, 01:44
    Bakıda yarım milyonluq dələduzluq - Özbək qadın həbs olundu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə