• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Notarius Daxil Kərimovun adı növbəti qalmaqalda...

---

2-10-2026, 22:26


Notarius dediyimiz yer dövlətin möhürünün, qanunun və ədalətin təsdiqləndiyi məkandır. İnsanlar ora gəlir ki, mülkü, haqqı, halallığı sənədləşdirilsin. Amma deyəsən, Nərimanov rayonundakı 21 saylı xüsusi notariat ofisində “xüsusi” sözü xalis mənasında işlədilir – burada qanunlar da, hesablamalar da, hətta riyaziyyatın fundamental qaydaları da şəxsi strategiyaya uyğunlaşdırılır.
​Redaksiyamıza daxil olan məlumatlar, yumşaq desək, fəaliyyətində uzun illərin təcrübəsi olan notarius Daxil Kərimovun sənədləşmə “möcüzələrinə” işıq tutur. Vaxtilə Şirvanda fəaliyyət göstərib, indi isə paytaxtın mərkəzində “ədalət tərəzisi” tutan cənab Kərimovun ofisində baş verənlər, görünür, sıradan bir hüquqi prosedur yox, əsl illüziya sənətidir.
​Gələk məsələnin məğzinə. Deyilənə görə, bu yaxınlarda Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən, təxminən 100 kvadratmetrlik bir obyekti satmaq istəyiblər. Obyektin real bazar dəyəri az-çox məlumdur – təxminən 1,5 milyon manat. Amma sənədə gələndə məlum olur ki, bu milyonluq mülkün qiyməti birdən-birə “sehirli çubuq” toxunmuş kimi dəfələrlə aşağı düşüb. Təbiidir ki, ilk mərhələdə belə kəskin fərq sənədləşməyə mane olub. Lakin məsələ günlərlə müzakirə edildikdən sonra 21 saylı notariatın qapıları açılır və Daxil müəllimin “müdrik” qərarı ilə milyonluq əmlak xırda qəpik-quruş qiymətinə rəsmiləşdirilir.
​İndi adam istər-istəməz soruşur: Milyon yarım harada, sənəddəki “su qiyməti” harada? Ortadakı bu nəhəng fərqin fəsadı nədir? Əlbəttə ki, dövlət büdcəsinə ödənilməli olan vergilər və rüsumlar! Dövlətin cibindən kəsib, kimlərinsə cibinə qoyulan bu fərq hansı “xüsusi” notariat qaydasına əsaslanır?
​Amma “fantaziya” bununla da bitmir. İddialara görə, Daxil Kərimov təkcə əmlak qiymətlərini “kiçiltməkdə” yox, maliyyə idarəçiliyində də bənzərsiz model kəşf edib. Nərimanov rayonu, Təbriz küçəsi 227D ünvanında yerləşən notariat binasının şəxsən özünün olduğu və yaxın qohumunun adına rəsmiləşdirdiyi, notariusun isə hər ay oranı güya icarəyə götürdüyü, bununla da pulu sağ cibindən çıxarıb sol cibinə qoyduğu bildirilir. Belə çıxır ki, sağ olsun, maliyyə dövriyyəsini ailə daxilində saxlamağı bacarır.
Bu məsələnin bir də görünməyən, daha doğrusu, “sənəddə görünməyən” qəhrəmanları var – ofisdə çalışan işçilər. Məlumata görə, bu notariatda çalışanların əksəriyyəti ilə rəsmi əmək müqaviləsi bağlanmayıb. Əmək Məcəlləsi? Yox, eşitməyiblər. İşçinin sosial hüququ, gələcək təminatı? Yəqin ki, Daxil müəllim üçün bunlar ikinci dərəcəli detallardır. Başlıcası, dövlətə ödəniləcək sosial sığorta və vergilərdən daha bir “qənaət” olunsun.
​Bütün bu baş verənlər sadəcə iddia və ya məlumat deyil, dövlətin vergi sisteminə, qanunvericiliyinə və vətəndaşın etibarına qarşı atılan addımlardır.
Qeyd: Məsələ ilə bağlı əvvəlcə Daxil Kərimovun özünə rəsmi sorğu göndərsək də, cavabsız qaldı.
​P.S. Biz “Faktum.az” olaraq sadəcə müşahidəçi mövqeyində qalmırıq. Sözügedən faktlarla bağlı aidiyyəti üzrə rəsmi sorğu ünvanlamışıq. Cavabları və araşdırmanın nəticələrini diqqətdə saxlayacağıq.//faktum.az

Paylaş:
Digər xəbərlər

Gündəm

10-07-2026, 23:47

Lökbatanda tikilən binalarrın pulları... – Arzu Kazımov şəriklərini belə “udur”

Gündəm

19-04-2026, 23:26

Bu dəfə Baş Nazirin biznes imperiyası haqqında məlumat yayıldı

Gündəm

16-04-2026, 01:44

“Sumqayıt Hospital”dan narazılıqlar artır– Akademik-deputatın adı hallanır...

Gündəm

14-02-2026, 17:15

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır - NƏLƏRİ VARMIŞ, NƏLƏRİ...

Gündəm

1-02-2026, 23:22

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Araşdırma
Yeni Yasamalda sakinlər öz evlərinə sahib çıxa bilmir. ŞİKAYƏT
Hadisə
29-04-2026, 18:25
14 yaşlı qızla gənc oğlanın hamamda zəhərlənməsi ilə bağlı Prokurorluq MƏLUMAT YAYDI
27-10-2025, 21:28
Binadan yıxılıb ölən Kəmalənin - Fotosu
25-10-2025, 09:07
Deputat qızından şok sözlər: Atam sahib çıxmır, çöllərdə qalmışam...
25-10-2025, 08:57
İlkin Süleymanovu müdafiə edən vəkil niyə saxlanılıb?
14-10-2025, 01:30
"Sədərək" ticarət mərkəzinin mühafizəçiləri reklam agentliyinin əməkdaşlarını döydülər
Son xəbərlər
  • 8-10-2026, 00:20
    “Qaçqınkom” dövlətin pulun belə “qaçırdır”:Bir mənbədən satınalma ilə...
  • 4-10-2026, 04:56
    Loqoped-psixoloq Türkan Mehdizadə uşağın anasını döyüb ?
  • 3-10-2026, 15:32
    MTK rəhbəri həbs olundu,qanunsuz söküntüyə görə...
  • 2-10-2026, 22:33
    Bakıda 20 ilin müəllimi istefa verib
  • 28-09-2026, 09:51
    Mustafa Sandalın həyat yoldaşı haqqında 11 milyardlıq yeyinti iddiası
  • 28-09-2026, 09:44
    Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
  • 28-09-2026, 09:41
    “Referans”ın həkimləri qızımı öldürdü – 19 yaşlı Fidanın atasından ağır ittihamlar
  • 28-09-2026, 09:38
    Təcili Tibbi Yardımda İNHİSARÇILIQ
  • 28-09-2026, 09:37
    Təhsildə sıçrayış...Həmdullayev necə sürətlə yüksəldi? - Faktlar...
  • 25-09-2026, 12:24
    Puqaçova qızı ilə Modern Talkingin konsertində
  • 25-09-2026, 12:22
    Azərbaycanda 6 qanun ləğv ediləcək
  • 25-09-2026, 11:57
    Azyaşlı atalığı tərəfindən döyülüb - Ekspertiza təyin edildi
  • 25-09-2026, 11:49
    Cütlük münasibətlərində "2:2:2 qaydası" ilə xoşbəxt ola bilərsiz. Sadə üsul
  • 25-09-2026, 11:38
    Aparıcını “Lukoil”da aldatdılar?
  • 25-09-2026, 11:05
    Stomatoloqun səhlənkarlığından Cəmilə Mahmudova həyatını itirdi.
  • 25-09-2026, 11:00
    ADSEA-ya növbəti qohum gəldi: "Nəzarətə nəzarət" qayına tapşırıldı
  • 23-09-2026, 22:47
    Marketllərdə endirim qiymətləri kassa ilə düz gəlmir.
  • 20-09-2026, 11:30
    Rusiyalı model biznesmenlə yarım milyardlıq toy edəcək.
  • 20-09-2026, 11:22
    86 yaşı var idi,ölmək istəmirdi,arvadı döyə-döyə öldürdü
  • 20-09-2026, 09:53
    Yamal Mbappe və Keynə söz atdı – Dünya futbolunda “Qızıl top” savaşı
  • 20-09-2026, 09:31
    AYNA, 37 milyonluq tender və "STP-BTECH" MMC...
  • 19-09-2026, 02:56
    Qanunsuz fəaliyyət göstərən "VİTO"-lar,ölümlər, AYNA-nin nəzarətsizliyi...
  • 12-09-2026, 10:29
    Şirkət rəhbəri şəhid anasına da pul atıb ?
  • 12-09-2026, 09:16
    Məhkəmə Afət Fərmanqızına qadağa qoydu
  • 12-09-2026, 09:05
    Azərbaycanlı bacı-qardaş Rusiyada qəzada öldü
  • 12-09-2026, 09:02
    Prezidentdən yeni təyinatlar
  • 11-09-2026, 01:05
    “100 min ayırıb kanatı öz qaynına çəkdirdin, camaatın balası öldü” - Video
  • 1-09-2026, 10:58
    Rəşid Behbudovun qızı maraqlı paylaşım edib
  • 1-09-2026, 10:51
    Bakıda mənzillərin qiyməti sürətlə qalxır, Rusiyadan gələnlər çoxdur
  • 1-09-2026, 09:58
    Sənədsiz ev sahiblərinə şad xəbər - Bu problem tezliklə həll ediləcək
  • 1-09-2026, 09:54
    Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
  • 1-09-2026, 09:36
    Deputatın professor olan qudası ittihamları qəbul etmir – QƏRAR
  • 1-09-2026, 09:24
    Messi futbol oynamayacaq...
  • 1-09-2026, 09:19
    Ramiz Mehdiyevə yeni ittiham elan olundu
  • 1-09-2026, 09:17
    "Etalon" hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: rucov
  • E-mail:
  • Telefon:
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. XeberPost.info-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə